“Soyqırımı və terrora yox deyək” adlı tədbir keçirilib
Tarix: 23.02.2017 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımının iyirmi beşinci ildönümünün təhsil müəssisələrində qeyd edilməsi məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq, 22 fevral 2017-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Soyqırımı və terrora yox deyək” adlı Xocalı faciəsinin 25 iliyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə qonaqlar Xocalı soyqırımına həsr olunmuş tələbələrin rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.
Tədbirin təşkilatçısı kollecin tədris-metodika kabinetinin müdiri Əliyeva Fərqanə Xocalı faciəsi haqqında məlumat verərək bildirib ki, Xocalı faciəsi, Dağlıq Qarabağ münaqişəsinin dövründə başlamış ən müdhiş, faciələrdən biri olmuşdur. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşlar. Bu faciə bəşəriyyətə qarşı yönəldilmiş ən böyük cinayətlərdən biri kimi tarixə düşdü. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
Kollecin direktoru Qulu Novruzov çıxışında Xocalı faciəsində Xocalı əhalisinin və onun müdafiəçilərinin iradəsi və dözümlülüyü barədə məlumat verdi. O, qeyd etdi ki, Vətənpərvərlik ruhunda gənclərin tərbiyəsində tarixi hadisələr mühüm rol oynamalıdır. Gənclər tarixi hadisələrə nəzər salaraq vaxtilə, yəni 1905, 1918 və 1992-ci illərdə Azərbaycanlılara qarşı törədilmiş vəhşillikləri unutmamalı və bunu qan yaddaşına həkk etməlidir.
Tədbirdə “Xocalı qətliamı” sənədli filmindən fraqment izlənildi. Tələbələr bu faciəni canlı olaraq izlədilər.
Tədbirdə qonaqlardan Yasamal Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Söhrab Cəfərov, Xocalı İcra Hakimiyyətinin memarlıq şöbəsinin müdiri Təhmasib Kərimov, Xocalı hadisəsinin şahidləri Ceyran Əzizova və Ofeliya Əhmədova başlarına gətirilmiş müsibətlərdən danışaraq prezidentimizin ətrafında sıx birləşərək torpaqlarımızı işğaldan azad edəcəyimiz günü səbirsizliklə gözlədiklərini bildirdilər,
Gənc yazar Ülkər Piriyeva “Oyan, qeyrətim, oyan!” şeirini ifa etdi, bəstəkar Sevinc Tofiqqızı “Xocalı fəryadı” kompozisiyası haqqında çıxış etdi və bu klip izlənildi.
Tərbiyə işləri üzrə direktor müavini Şirəliyeva Nigar çıxış edərək tələbələrə rəsm sərgisində fərqləndiyinə görə təşəkkürnamə təqdim etdi.
Tədbirdə tələbələrin ifasında “Nişanlı şəhid” tamaşası göstərilərək bir ailənin başına gətirilmiş müsibətlər canlandırıldı.
Tədbir kollecin tələbələrinin ifasında ədəbi-bədii kompozisiya ilə başa catdı.





 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info