Naxçıvan xalçaları ilk dəfə beynəlxalq elmi mətbuatda
Tarix: 23.02.2017 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


“Beynəlxalq İnformasiya Tədqiqatları və Təhlil” jurnalı (International Journal of Information Research and Review) Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “XVIII-XX əsrin əvvəllərində Naxçıvanda xalçaçılığın vəziyyəti” mövzusunda nəzəri və təcrübi materiallar əsasında hazırlanmış məqaləsini nəşr edib.
Məqalədə Naxçıvan diyarında qədim dövrlərdə meydana gəlmiş xalçaçılığın erkən orta əsrlər dövründən başlayaraq müstəqil sənət sahəsinə çevrildiyi qeyd olunur. Bildirilir ki, işçi qüvvəsinin və xammal ehtiyatlarının bolluğu orta əsrlər dövründə Naxçıvan diyarının xalçaçılıq sənətinin mühüm mərkəzlərindən birinə çevrilməsinə səbəb olub. Heç də təsadüfi deyil ki, Naxçıvan diyarı şəddə və vərni kimi xalça məmulatlarının istehsal edildiyi ilk ərazilərdən hesab edilir. XVIII-XX əsrin əvvəllərində xarici bazarlarda xalça məmulatlarına tələbatın kəskin şəkildə artması Naxçıvan diyarında da bu sənətin inkişafına güclü təkan verib. Bölgədə istehsal edilən xalça məmulatlarının artıq xeyli hissəsi bazara çıxarılırdı.
Qeyd edək ki, V.Muradovun Naxçıvan xalçaçılıq tarixi mövzusunda tədqiqatları indiyədək respublikamızın müxtəlif elmi jurnallarında, qəzetlərində dərc olunmuş məqalələrində, 2013-cü ildə ayrı-ayrılıqda Azərbaycan, ingilis, rus dillərində çap olunmuş “Naxçıvan xalçaçıları” adlı kitablarında və “Azərbaycan xalçaları. Naxçıvan qrupu” filmində öz əksini tapıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Qeyri-neft sektoruna yüksək keyfiyyət standartı tətbiq ediləcək
21.01.2019
UNEC-də startap müsabiqəsi keçirilib
21.01.2019
Valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet
21.01.2019
Polşaya ixrac missiyası təşkil ediləcək
21.01.2019
“AzerTelecom” “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığa başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info