Naxçıvan Universitetində elmi-praktik konfrans keçirilib
Tarix: 23.02.2017 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib, əliyalın insanları vəhşicəsinə öldürüb, azərbaycanlılara qarşı soyqırımı törədiblər. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan Universitetində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunan “Bəşəriyyətin ağır faciəsi – Xocalı soyqırımı” mövzusunda keçirilən elmi-praktik konfransda danışılıb.
Tədbir iştirakçıları əvvəlcə universitetin əsas korpusunun foyesində təşkil edilən “Xocalı fəryadı” adlı sərgiyə baxıblar.
Konfransı universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. O dəhşətli gecədə Xocalı şəhəri yerlə yeksan olub, dinc əhaliyə vəhşicəsinə divan tutulub.
Konfransda universitetin Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanovun “Xocalı faciəsi insanlığa qarşı cinayətdir”, həmin kafedranın müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanovun “Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması” və kafedranın müəllimi Vaqif Hüseynovun “Xocalı soyqırımı: ikili standartlar və 100 ilin erməni yalanları” mövzularında çıxışları olub.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib, sənəddə hadisənin başvermə səbəbləri təfsilatı ilə açıqlanıb. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifə kimi qarşıya qoyulub.
Sonra Naxçıvan Universitetinin tələbələri Xocalıya həsr olunmuş şeirlər söyləyiblər.
Tədbir iştirakçıları “Xoca” filminə baxıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info