XİN-dən Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanat
Tarix: 23.02.2017 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Azərbaycanın Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bəyanatda deyilir: “Fevralın 26-da Xocalı soyqırımının 25-ci ildönümü tamam olur. 1991-ci ilin oktyabr ayından etibarən şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tam mühasirəyə alınmışdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Xocalı şəhərinə müxtəlif istiqamətlərdən hücum edildi. Nəticədə Ermənistan silahlı qüvvələri keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) 366 saylı motoatıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdilər. İşğalçılar Xocalını darmadağın etdilər və xüsusi amansızlıqla onun dinc əhalisinin qırğınını həyata keçirdilər. Nəticədə 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxs öldürüldü, 1000 nəfər yaralandı və 1275 nəfər əsir götürüldü. İndiyə qədər Xocalının 150 sakini itkin hesab olunur. Sadəcə azərbaycanlı olduqları üçün Xocalının mülki əhalisinin məqsədli şəkildə qırğını həyata keçirildi.
Ermənistan silahlı qüvvələri tərəfindən sakinlərin kütləvi öldürülməsi, dərilərinin soyulması, başlarının kəsilməsi, hamilə qadınların süngülərə keçirilməsi və cansız bədənlərin eybəcər hala salınması Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları, Ermənistandan da daxil olmaqla çoxsaylı müstəqil mənbələr, yerli və beynəlxalq kütləvi informasiya vasitələri və bu faciənin şahidləri tərəfindən əsaslı şəkildə sənədləşdirilib.
Öz müqəssirliyini utanmadan etiraf edən Ermənistanın o dövrdəki müdafiə naziri və hazırkı prezidenti Serj Sarkisyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində deyib: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq”.
Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi qəti şəkildə sübut edir ki, Xocalının mülki əhalisinin və müdafiəçilərinin məqsədli şəkildə qırğını ayrıca və təsadüfi hərəkət olmayıb, əksinə Ermənistanın geniş yayılmış və sistemli şəkildə həyata keçirilmiş mənfur və amansız etnik təmizləmə siyasətinin tərkib hissəsi olub.
Azərbaycan Respublikasına qarşı davam edən təcavüzün fonunda Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarının, Soyqırımı Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiyanın, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiyanın, İrqi ayrı-seçkiliyin bütün formalarının Ləğv edilməsi haqqında beynəlxalq Konvensiyanın, Uşaq Hüquqları haqqında Konvensiyanın və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Dövlət kimi Ermənistan Respublikasının məsuliyyəti ilə yanaşı, beynəlxalq cinayət hüququna əsasən silahlı münaqişənin gedişində, eləcə də Xocalıda törədilmiş bu kimi əməllər beynəlxalq cinayət hesab olunur və ona görə də bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar.
Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirərək mühüm nəticəyə gəlibdir.
15-dən çox dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən Xocalıda törədilmiş soyqırımı və insanlıq əleyhinə cinayət hərəkətlərinə münasibətdə həqiqət və ədalətin bərpasına dair həmrəyliyini yüksək qiymətləndirir.
Xocalı soyqırımı öz hüquqi qiymətini almalıdır. Azərbaycan Respublikası əmindir ki, milli səviyyədə, həmçinin mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsinə gətirilməsinə xidmət edəcək.
Xocalı Soyqırımının 25-ci ildönümünü anaraq, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən Xocalıda uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla, mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş insanlıq əleyhinə cinayətləri və soyqırımı aktını pisləməyə və tanımağa çağırır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info