Nazir: “Azərbaycanla Türkiyə kənd təsərrüfatı məhsullarını bir-birindən almalıdır“
Tarix: 23.02.2017 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


"Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 1,6 mlrd. dollardır". Bunu Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik Bakıda keçirilən Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes forumunda bildirib.
Onun sözlərinə görə, bunun yalnız 120 mln. dollarlıq hissəsi, yəni 8%-i kənd təsərrüfatı məhsullarının payına düşür.
"Hər iki ölkənin başçısı 2023-cü ilədək ticarət dövriyyəmizin həcminin 15 mlrd. dollara çatdırılmasını qarşımıza hədəf qoyub. Rəqəmlərə baxdıqda məlum olur ki, Azərbaycan 1,3 mlrd. dollarlıq kənd təsərrüfatı məhsulu idxal edir. Türkiyədə isə bu rəqəm 11 mlrd. dollardır. Beləliklə, hər iki ölkənin iş adamlarının üzərinə böyük yük düşür. Azərbaycan və Türkiyə kənd təsərrüfatı məhsullarını bir-birindən ala bilər. Mən iş adamlarımıza səslənərək aktiv olmağa çağırıram. Hər iki ölkənin dövlət qurumları sizin arxanızdadır", - deyə F.Çelik bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Azərbaycanda Həcc ziyarəti üçün müraciətlərin sayı 1100-ü ötüb
27.06.2019
Meksikada Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 12:16
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info