BANM tələbələrini Yunanıstana göndərir
Tarix: 23.02.2017 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri Rəhim Rəhimli və Məmməd Cəbrayılov bu ilin yaz semestri ərzində Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS) təhsil alacaqlar. Səfər ərəfəsində BANM-in rektoru Elmar Qasımov həmin tələbələr və onların valideynləri ilə görüşüb.
BANM-dən bildiriblər ki, tələbələrə müvəffəqiyyətlər arzulayan rektor bu ali məktəbin tələbələrə həm təhsildə, həm həyatda, həm də gələcək karyeralarında yeni uğurlar əldə etməyə hər zaman dəstək olduğunu deyib. Vurğulanıb ki, Azərbaycanın intellektual gəncliyinin məhz BANM-də təhsil almağa üstünlük verməsi çox qürurvericidir. Ali məktəb beynəlxalq əməkdaşlığının genişləndirilməsi məqsədilə bir sıra beynəlxalq layihə və proqramlara qoşulur. Belə ki, “Erasmus +” proqramı çərçivəsində ötən il BANM ilə PUAS arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsi və tələbələrin sayının artırılması nəzərdə tutulur. E.Qasımov deyib: “Əminəm ki, tələbələrimiz Yunanıstanda ölkəmizi ləyaqətlə təmsil edəcəklər”.
R.Rəhimli və M.Cəbrayılov BANM-də tələbələr üçün yaradılan imkanlara və şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Yunanıstanda təhsil alacaq tələbələrin valideynləri böyük sevinc hissi keçirdiklərini və övladları ilə qürur duyduqlarını diqqətə çatdırıblar. Azərbaycanda yüksəkixtisaslı mütəxəssis kadrların yetişdirilməsi üçün BANM-də hər cür şəraitin, tələbələr üçün bütün imkanların yaradıldığını deyən valideynlər bu ali məktəbin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info