Ukraynada Xocalı soyqırımı abidəsi ucaldılacaq
Tarix: 23.02.2017 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsulluğunun təşəbbüsü ilə Sumı şəhərində Xocalı soyqrımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Anım mərasimində iştirak edən Sumı vilayətinin qubernatoru, deputatlar, elm və mədəniyyət xadimləri, gənclər, diaspor və media təmsilçiləri Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək ermənilərin son iki əsrdə Azərbaycana qarşı həyata keçirdikləri işğalçılıq və soyqırım siyasətindən söz açıb. 25 il bundan öncə Ermənistan silahlı birləşmələrinin Xocalıda törətdikləri vəhşiliklər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Xocalı qətliamının 20-ci əsrin ən amansız soyqırım siyasəti olduğunu diqqətə çatdıran fəxri konsul Sumı şəhərinin mərkəzində Xocalı soyqırımı abidəsinin ucaldılması ilə bağlı qərar qəbul olunduğunu vurğulayıb. Belə bir ədalətli qərarın verilməsinə görə sumı vilayət admnistrasiyasının rəhbərliyinə minnətdarlığını bildirib. Sonra təbdirə qatılanlar Xocalı soyqırımını özündə əks etdirən sənədli filmə baxmaqla ermənilərin şaxtalı fevral gecəsində uşaqlara, qadınlara, qocalara və günahsız insanlara qarşı həyata keçirdikləri vəhşiliklərlə tanış olublar. Filmə baxdıqdan sonra həyəcan dolu notlarla çıxış edən Sumı vilayətinin qubernatoru Mikola Kluçko ermənilərin Xocalı şəhərində törətdiyi kütləvi qırğınları insanlığa yönəlik bəşəri cinayət adlandırıb. Aradan 25 il ötməsinə baxmayaraq, dünya birliyinin belə bir amansız qətliama hüquqi-siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi səciyyələndirib. Xocalı faciəsini Azərbaycan xalqına qarşı həyata keçirilmiş əsl soyqırım siyasəti adlandıran qubernator belə bir amansız cinayətdə əli olanların beynəlxalq məhkəmə qarşısında ən ağır cəzaya məhkum olunmasının vacibliyini bildirib. Televiziya və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi anım mərasimində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi üçün bir sıra nüfuzlu büynəlxalq təşkilatlara müraciət qəbul ölünü.

Fuad





 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info