Toksikoloji səbəblərdən ölüm hadisələrində azalma müşahidə edilir
Tarix: 23.02.2017 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Respublika Toksikologiya Mərkəzində illik hesabata dair mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudovun verdiyi məlumata görə, ötən ilin statistikasına əsasən mərkəzə 2016-cı il ərzində ümumilikdə 2200 xəstə qəbul olunub. Bunlardan 800 nəfəri dərman, 500-ü dəm qazı, 300-ü isə yandırıcı məhlul (əsasən sirkə turşusu) zəhərlənmələrindən kəskin ağır, ağır və orta ağır dərəcədə daxil olublar. Bundan əlavə 90 xəstə ilan zəhəri, 250 nəfər kəskin allergik reaksiya ilə mərkəzə müraciət edib. Allergiya ilə bağlı verilən məsləhətlərin sayı 2015-ci illə müqayisədə 2.5-3 dəfə artıb.
Toksikoloji səbəblərdən ölüm hallarında 2015-ci illə müqayisədə azalma müşahidə olunur. Belə ki, 2015-ci ildə 68 (2.7 faiz), 2016-cı ildə isə 52 nəfər (2.5 faiz) bu səbəbdən dünyasını dəyişib. Ölüm hallarının 80-90 faizi sirkə turşusu, psixotrop və narkotik təsirli dərmanlar, antidepresantların istıfadəsi nəticəsində baş verib ki, bunların 30 faizi intiharlardı. Dərman preparatları ilə zəhərlənənlər 20-50 yaş arası, sirkə turşusu ilə isə 40-80 yaş arası olan insanlardır.
Mərkəzdə fəaliyyət göstərən toksiki-kimyəvi laboratoriyanın fəaliyyəti barədə məlumat verən A.Maqsudov, burada mövcud cihazlar vasitəsilə kimyəvi-toksikoloji analizlərin daha tez və keyfiyyətli alınmasında əsas rol oynadığını qeyd edib
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info