IDEA İctimai Birliyi yeni layihəyə start verir
Tarix: 23.02.2017 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Fevral 23-dən IDEA İctimai Birliyi tullantıların idarə olunması proqramı çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Azersun” şirkəti ilə birgə kağız və plastik tullantıların toplanması və təkrar emalına həsr olunmuş yeni layihəyə start verir. Layihə çərçivəsində ali təhsil müəssisələrində kağız və plastik tullantılar üçün xüsusi çeşidləmə qutularının yerləşdirilməsi nəzərdə tutulub.
İDEA-dan AZƏRTAC-a bildirilib ki, layihənin pilot fazası olaraq, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə ümumilikdə 200 ədəd konteyner təhvil verilib.
Layihənin məqsədi tullantıların idarə olunması ilə bağlı ekoloji maarifləndirməni gücləndirmək, təkrar emalı təşviq etmək yolu ilə ağacların və təbii sərvətlərin qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına töhfə verməkdir.
Sözügedən layihə çərçivəsində yerləşdirilən konteynerlərdə kağız və plastik tullantıların çeşidlənərək toplanması və təkrar emalı ali təhsil müəssisələrində təhsil alan tələbələrdə ekoloji məsuliyyət hissinin tərbiyə etdirilməsi, kağız israfının azaldılması, eləcə də ümumiyyətlə ətraf mühitin və təbii sərvətlərimizin mühafizəsi baxımından mühüm töhfə verəcəkdir.
Məlum olduğu kimi, təbii resursların qənaətlə və səmərəli istifadəsi üçün tullantıların idarəolunması sahəsində əhalinin məlumatlandırılmasının əhəmiyyətini nəzərə alaraq, IDEA İctimai Birliyi hələ 2014-cü ilin fevral ayından etibarən kağız tullantıların qəbulu və təkraremalı ilə bağlı “Hər kağızı bir yarpağa dəyişək” layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində bu günə qədər 600 tondan çox kağız tullantısı toplanaraq təkrar emala göndərilmişdir.
Qeyd edək ki, layihə çərçivəsində kağız və plastik tullantılar üçün xüsusi qutuların mərhələli şəkildə bütün ali və orta təhsil müəssisələrində yerləşdirilməsi planlaşdırılıb.
Layihə tərəfdaşları bütün tələbə və şagirdlərdən yaşıl qutuların kağız tullantılar, mavi qutuların isə plastik tullantılar üçün qoyulduğunu nəzərə alaraq, təhsil aldıqları müəssisədə tullantıları qutulara atarkən diqqətli olmağa və düzgün çeşidləməyə dəvət edir.
IDEA İctimai Birliyi hər kəsi, xüsusilə də gəncləri tullantıların idarə edilməsi işinə dəstək olmağa, onların çeşidlənməsi və azaldılmasına öz töhfələrini verməyə çağırır .
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info