Türkiyənin kənd təsərrüfatı nazirinin müşaviri Bakıdakı səfirlikdə yerləşdiriləcək
Tarix: 23.02.2017 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən Azərbaycan-Türkiyə kənd təsərrüfatı icra komitəsinin 8-ci iclasının protokolu imzalanıb. Protokolu Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin  Avropa Birliyi və xarici əlaqələr idarəsinin rəisi Ali Rəcəb Nazlı imzalayıblar.  
İmzalanma mərasimindən sonra çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik kənd təsərrüfatı sahəsində ikitərəfli əlaqələrinin daha da inkişaf edəcəyindən əminlik ifadə ediblər.
H. Əsədov qeyd edib ki, Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq nazirinin müşavirlərindən biri qardaş ölkənin Azərbaycandakı səfirliyində yerləşdiriləcək. Onun sözlərinə görə, müşavirin fəaliyyəti müxtəlif layihələrin icrasına nəzarət etməkdən ibarət olacaq. Nazir həmçinin əlavə edib ki, Azərbaycan Türkiyədən dəyəri 30-50 mln. dollar olan kənd təsərrüfatı texnikalarını almaq niyyətindədir.
Türkiyə istehsalı olan texnikaları rəqabətqabiliyyətli adlandıran nazir qeyd edib ki, yaxın gələcəkdə Kənd Təsərrüfatı Nazirliyinin elan etdiyi tenderlərdə türk iş adamları iştirak edə biləcək. H. Əsədov bir daha idxaldan asılılığın azaldılmasına toxunub və daxili istehsalın həcminin artırılmasının önəmini qeyd edib: "Biz hesab edirik ki, Azərbaycan və Türkiyədən olan sahibkarlar birgə istehsal müəssisələri yaratmaqla, idxaldan asılılığın azalmasına səbəb ola bilərlər. Burada türkiyəli investorların imkanlarından geniş istifadə etmək lazımdır".  
Nazir onu da bildirib ki, Türkiyədə yaradılan süni mayalanma mərkəzinin analoqunu Azərbaycanda da yaratmaq və ya onun imkanlarından istifadə etmək məqsədəuyğundur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info