Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək
Tarix: 23.02.2017 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Martın 5-də Varşava şəhərindəki “Park Lajenkovski Hotel”də Polşada Azərbaycanlı Gənclər Şurasının (PAGŞ) 1-ci Forumu keçiriləcək. Forumda Polşanın Krakov, Lodz, Vroclav, Poznan və başqa şəhərlərində yaşayan gənclər də daxil olmaqla 150-yə yaxın qonağın iştirakı gözlənilir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, forumun məqsədi Polşadakı azərbaycanlı gəncləri bir araya toplamaqla onlar arasında şəbəkə yaratmaq və onu gücləndirmək, diaspor işində gənclərin fəaliyyətini artırmaq, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası prosesində qarşıya çıxan problemləri müzakirə etmək, təkliflər vermək, eləcə də bu məsələləri tədbirdə iştirak edəcək dövlət rəsmilərinin diqqətinə çatdırmaqdır.
Sonda tədbir iştirakçıları adından Polşa Parlamentinə Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlanacaq.
Forumda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Polşadakı səfirliyinin, Polşadakı Azərbaycan diaspor təşkilatları rəhbərlərinin iştirakı gözlənilir.

Mahmud





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info