Pedaqoji fikrimizə layiqli töhfə
Tarix: 23.02.2017 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövət Universitetində universitetin Pedaqogka və Psixologiya kafedrasının müdiri, dosent Vahid Rzayevin “XIX əsr və XX əsrin əvvəllərində İrəvanda və Naxçıvanda məscid məktəbləri və mədrəsələr” kitabının təqdimat mərasimi keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbi üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək universitet əməkdaşlarının elmi-tədqiqat əsərlərinin, yeni elmi-kütləvi nəşrlərin təbliğinin əhəmiyyətindən danışıb. Rektor İrəvanın və Naxçıvanın maarifçilik tarixindən bəhs edən yeni nəşri tariximizin, milli-mənəvi dəyərlərimizin öyrənilməsi baxımından da yüksək dəyərləndirib.
Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev çıxışında müəllifin XIX əsrin maarif və təhsil müəssisələrinə aid qiymətli arxiv materiallarını, İrəvan quberniyası, Naxçıvan Şərur, Dərələyəz və Ordubad mahaları ilə bağlı statistik faktları ortaya çıxardığını, məcsid və mədrəsələrin məktəbdarlıq tariximizdəki əhəmiyyətini təsdiqlədiyini vurğlayıb.
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Fəxrəddin Səfərli çıxışında yeni tədqiqat əsərinin tarixi-etnoqrafik səviyyəsindən bəhs edərək diqqətə çatdırıb ki, kitabda Ermənistan Mərkəzi Dövlət Arxivində qorunub saxlanılan sənədlər, habelə rusdilli tarixi mənbələr əsasında İrəvan quberniyasının əzəli Azərbaycan torpağı olduğu bir daha təsdiqlənir, pedaqoi fikir tariximizin zənginliyi üzə çıxarılır.
Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, pedaqokika elmləri doktoru, professor Elbəyi Maqsudov müəyyən tarixi mərhələ üçün İrəvan və Naxçıvan bölgəsi üzrə məscidlərin və məktəblərin geniş arealını müəyyənləşdirən kitabi pedaqoji fikrimizə layiqli töhfə kimi dəyərləndirib.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri






 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info