ADPU-da hesabat-seçki iclası keçirilib
Tarix: 23.02.2017 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının “Pedaqoqlar” ilk ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib. İclasda ADPU-nun rəhbərliyi, YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev və ilk ərazi partiya təşkilatının üzvləri iştirak ediblər. Tədbirdə öncə Azərbaycanın Dövlət Himni səsləndirilib.
İclası giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu gün universitetimizin həyatında əlamətdar bir gündür. Ulu öndərimiz Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin Sədri olduğu YAP ölkəmizin aparıcı siyası qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyasıdır. 700 minə yaxın üzvü olan YAP böyük və şərəfli inkişaf yolu keçib. Bu partiya Azərbaycanı hərc-mərclikdən, böhrandan, tənəzzüldən xilas edərək sürətli inkişafa aparıb. Cəmiyyətimizin avanqard qüvvəsi olan YAP-ın üzvləri kimi bizim üzərimizə mühüm vəzifələr düşür. Biz ADPU-nun müasir tələblərə uyğun şəkildə fəaliyyətini təmin etmək üçün əzmlə çalışmalı, təhsilin keyfiyyətini yaxşılaşdırmalıyıq. Bütövlükdə yüksək təhsilli insanlar cəmiyyəti irəli aparır, inkişaf etdirir. Müasir dövr bilik və bacarıqlara olan tələbatı daha da artırıb. ADPU ölkəmizin məktəblərini dərin biliyə, geniş dünyagörüşünə, milli-mənəvi dəyərlərimizə bağlı olan mütəxəssislərlə təmin etməlidir. Ölkə rəhbərliyi bu mühüm, şərəfli və məsuliyyətli vəzifəni bizim qarşımıza qoyub.
İclasda YAP-ın Səbail rayon təşkilatının “Pedaqoqlar” ilk ərazi partiya təşkilatının sədri, professor Himalay Qasımov təşkilatın 2015-2016-ci illərdəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib. Professor H.Qasımov hesabat dövründə görülən işlər, həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı danışıb. Bildirib ki, YAP qısa bir müddət ərzində öz sıralarını xeyli genişləndirib, ümumxalq partiyası kimi məşhurlaşıb. YAP güclü və mütəşəkkil siyasi partiya olaraq Azərbaycanın strateji hədəflərinin müəyyən olunmasında, ölkəmizin dünya miqyasında tanınmasında dövlətimizin mühüm dayağına çevrilib. “Pedaqoqlar” ilk ərazi partiya təşkilatı YAP-ın fəal təşkilatlarından biridir. Hazırda təşkilatın 1000 nəfər üzvü var. Tələbə-gənclərimiz ürəklərinin səsi ilə, böyük inam və həvəslə YAP-ın sıralarına daxil olurlar. Ulu öndərimiz Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi kimi, “YAP bu günün, sabahın və gələcəyin partiyasıdır”.
İclasda çıxış edən YAP-ın Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev “Pedaqoqlar” ilk ərazi partiya təşkilatının fəaliyyətini yüksək qiymətləndirib və təşkilat üzvlərinə yeni uğurlar arzulayıb.
Tədbirdə professor Vilayət Əliyev, professor Buludxan Xəlilov, professor Ədalət Fərəcov çıxış edərək hesabatı qənaətbəxş qiymətləndiriblər.
İclasda təşkilatın sədri və sədr müavinləri, İdarə Heyətinin üzvləri, Səbail rayon təşkilatının XI konfransına nümayəndələr, həmçinin Nəzarət-Təftiş Komissiyasının sədri seçilib.
İclasda partiyaya yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info