Kiyevdə  “Böyüməyən uşaqlar” kitabının təqdimatı keçirilib
Tarix: 23.02.2017 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Bu gün Kiyev şəhərində, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) ofisində tanınmış jurnalist  Elşad Eyvazlının müəllifi olduğu və Ukrayn dilinə tərcümə  olunan "Böyüməyən uşaqlar” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində UABD-nin Alimlər Şurasının üzvləri, Ukraynanın tanınmış ziyalıları və diapor fəalları iştirak edib.  
Təqdimatda  çıxış  edən UABD-nin sədri Hikmət Cavadov bildirib ki, kitab 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələrindən bəhs edir: “Kitabın məhz Ukrayn dilində təqdimatının məqsəd də Xocalı soyqırımı ilə bağlı həqiqətləri yaşadığımız ölkənin ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Hər iki valideynini itirmiş Xocalıdan olan 25  uşağın axtarıb tapılması, onların acı talelərinin qələmə alınması çox əhəmiyyətli idi. Jurnalist Elşad Eyvazlı bunu bacarıb və ortaya erməni vandailzmi ilə bağlı dünyanı inandıra biləcək faktlar qoyub”.
H.Cavadov vurğulayıb ki, müəllifin məqsədi ermənilərin körpə uşaqlara  yaşatdıqları  dəhşətləri onların öz dili ilə oxuculara çatdırmaqdır: “Diqqət etsəniz görərsiniz ki, kitabda yer alan məlumatlar müəllif  təxəyyülünün məhsulu deyil, o dəhşətləri  yaşayanların acı xatirələri, onların yaddaşlarına əbədi hopan gerçək hadisələrdir”. 
H.Cavadov  qeyd edib ki,  25 il əvvəl uşaq, bu gün isə gənc olan Xocalı soyqırımının məhz  bu  kitabda  yer alan bəzi şahidləri ilə ötən il Bakıda - Heydər Əliyev Mərkəzində keçirdikləri tədbir zamanı tanış olub: “Məni və ukraynalı pilot Leonid Kravetsi bu gənclərlə Elşad Eyvazlı tanış etdi. Onların bəziləri 25 il əvvəl Xocalıdan insanları vertalyotla çıxaran L.Kravetsi tanıdılar. Bu mənzərə çox ağrılı idi”.
UABD sədri bildirib ki, Xocalı soyqırımının 25 illiyi ilə bağlı fevralın 25-də Kiyev, 26-da isə Dnepr şəhərlərində təşkil edəcəkləri tədbirlərdə də “Böyüməyən uşaqlar”ı təqdim edəcəklər.    
H.Cavadov klitabın müxtəlif dillərə, xüsusən də Ukrayn dilinə tərcüməsini yüksək qiymətləndirib: “Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov  bu  işi yüksək səviyyədə həyata keçirib. Bizim də vəzifəmiz kitabın Ukrayn dilində olan tərcüməsini Kiyev və  başqa şəhərlərdə yaymaqdır”.  
Təqdimatda  çıxış  edən  UABD-nin sədr müavini Murad Cəfərov bildirib ki, bu kitab bizə imkan verəcək ki, Xocalı soyqırımı və ümumilikdə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətləri Ukrayna ictimaiyyətinə rahat şəkildə çatdıraq:  “Böyüməyən uşaqlar”ın xatirələri dəhşətlidir. Bu dəhşətlər bizi bir daha düşmənə qarşı birləşməyə və işğal altında qalan torpaqlar uğrunda mübarizəyə səsləyir”.
Tədbirdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyev, səfir Tələt Əliyev və UABD-nin Alimlər Şurasının üzvləri  - professor Arif Quliyev, tanınmış jurnalist Əlisa Dəmirov çıxış edərək Xocalı soyqırımının Ukrayna cəmiyyətində tanıdılması üçün “Böyüməyən uşaqlar” kitabının əhəmiyyətli rol oynayacağını bildiriblər. Onlar bildiriblər ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət!” Beynəlxalq Kampaniyası ilə yanaşı bu kimi nəşrlər də Xocalı soyqırımının təbliği nöqteyi-nəzərdən əhəmiyyətli vasitədir.  


Fuad





 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info