Quterreş BMT nəzdində terrorizmə qarşı idarənin yaradılmasını təklif edib
Tarix: 24.02.2017 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


“Qurum BMT Təhlükəsizlik Şurasının strukturlarının işinə müdaxilə və nəzarət etməyəcək, hər hansı ölkənin suverenliyinə toxunmayacaq”
BMT-nin baş katibi Baş Assambleyada çıxışı zamanı təşkilatın islahatlara ehtiyacı olduğunu bildirib. Dünyada münaqişələrin qarşısının alınması üçün təşkilatın təhlükəsizliyin inkişaf strategiyasına ehtiyac olduğunu bildirən baş katib bunun üçün təşkilata təşkilat üzv ölkələr arasında qarşılıqlı, eləcə də idarəetmə islahatına ehtiyac olduğunu bildirib. O, qlobal terrorla mübarizə strategiyası həyata keçirilməsi üçün təşkilata üzv dövlətləri BMT sisteminin imkanlarını nəzərdən keçirməy təklif edib. BMT baş katibi Antoniu Quterreş təşkilat nəzdində terrorizmə qarşı idarənin yaradılmasını təklif edib. Quterreş BMT baş katibinin yeni müavinin başçılığı ilə terrorizmə qarşı idarənin yaradılması təşəbbüsü ilə çıxış edib. “Təklif edilən qurum BMT Təhlükəsizlik Şurasının strukturlarının işinə müdaxilə və nəzarət etməyəcək, hər hansı ölkənin suverenliyinə toxunmayacaq. Hazırda bizim məqsədimiz BMT-yə üzv ölkələrlə terrorizmə qarşı yeni tərəfdaşlıq qurmaqdır. Bugünkü terror çağırışına dərhal cavab vermək mütləqdir”- deyə A.Quterreş qeyd edib. Baş katib BMT-yə üzv ölkələrdən təklifə iki həftə müddətində rəy bildirməyi xahiş edib Qeyd edək ki, hazırda BMT-də Təhlükəsizlik Şurasının terrora qarşı komitəsi fəaliyyət göstərir. Qurum ABŞ-da 11 sentyabr 2001-ci ildə törədilən terror aktından sonra təsis edilib.
Ağasef Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info