Suriya müxalifəti Əl-Babı “İŞİD”dən azad edib
Tarix: 24.02.2017 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Suriya müxalifəti Əl-Bab şəhərini “İŞİD” qruplaşmasından tamamilə azad edib. Bu barədə Azad Suriya Ordusunun (ASO) rəsmi nümayəndəsi məlumat verib. Anadolu Agentliyi xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu şəhər mərkəzinə nəzarəti tam ələ keçirib. Hazırda burada qruplaşma tərəfindən yerləşdirilən partlayıcı vasitələrin təmizlənməsi işi aparılır. Agentlik “Fərat qalxanı” əməliyyatının 184 günü ərzində 1900 kvadratkilometrdən çox ərazinin terrorçulardan təmizləndiyini, ASO-nun Türkiyə sərhədindən Suriyanın içərilərinə doğru 39 kilometr irəlilədiyini bildirir. Xatırladaq ki, Əl-Bab “İŞİD” qruplaşmasının Suriyada əsas dayaq məntəqələrindən biri sayılır. “Fərat qalxanı” əməliyyatı çərçivəsində müştərək hərəkət edən Türkiyə Silahlı Qüvvələri və ASO son iki ayda qüvvələrini şəhərin azad olunması istiqamətində cəmləmişdi. Təxminən bir həftə əvvəl onlar şəhərə girməyə nail olmuşdular. Sonradan Türkiyənin müdafiə naziri Fikri Işık Əl-Bab şəhərinin məhəllələrinin yarıdan çoxunun Türkiyə ordusu və müxalifətin nəzarəti altına keçdiyini bildirmişdi.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info