İraq hərbçilərindən Mosul aeroportuna genişmiqyaslı hücum
Tarix: 24.02.2017 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


İraqın hökumət qüvvələri Mosulun cənub-qərbində yerləşən hava limanına və Əl-Qəzləni düşərgəsinə doğru genişmiqyaslı hücum həyata keçirir. Federal polis və operativ reaksiya qüvvələrinin bölmələri “İŞİD” qruplaşmasının müdafiə istehkamlarına zərbələr endirən koalisiya aviasiyasının və ağır artilleriyanın dəstəyi ilə bir neçə istiqamətdə hava limanına hücum edir. Təxminən bir həftə bundan əvvəl İraqın Baş naziri Heydər əl-Abadi Mosul şəhərinin qərb hissəsinin azad edilməsi istiqamətində əməliyyatların başladığı barədə məlumat verib. Hərbi kampaniyanın ilk mərhələsində İraq ordusunun 9-cu zirehli tank diviziyası, Daxili İşlər Nazirliyinin operativ reaksiya bölmələri və şiələrin “əl-Haşid əş-Şəəbi” qruplaşmasının silahlıları iştirak edir. Qeyd edək ki, hökumət qüvvələrinin və ABŞ-ın başçılıq etdiyi koalisiya aviasiyasının iştirakı ilə 2016-cı ilin oktyabr ayında başlayan Mosul əməliyyatlarının gedişində şəhərin şərq hissəsi tamamilə İraq ordusunun nəzarətinə keçib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info