“ATƏT Donbasda müşahidəçilərin sayını artırmaq niyyətindədir”
Tarix: 24.02.2017 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


ATƏT Ukraynanın cənub-şərqində monitorinq missiyası çərçivəsində müşahidəçilərinin sayını artırmaq niyyətindədir. Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bəyan edib. “Hazırda ATƏT-in diqqət mərkəzində olan ən əsas məsələlərdən biri Ukrayna böhranıdır. Burada bir çox aspektlər cəmləşib: Krımın ilhaqı, Donbasa silah tədarükü, Rusiyanın rolu, Minsk razılaşmalarının yerinə yetirilməsi, çox sayda zorakılıq faktları”, deyə S.Kurts bildirib. Onun sözlərinə görə, ATƏT Donbasda müşahidəçilərin sayını artırmaq, missiyanın texniki potensialını möhkəmləndirmək, təmas xəttində nəzarəti gücləndirmək niyyətindədir. “Son bir neçə gün ərzində Ukraynanın şərqində müşahidə olunan zorakılıq hallarının miqyası tamamilə qəbuledilməzdir”, deyə S.Kurts vurğulayıb. O, həmçinin tərəfləri Minsk razılaşmalarını yerinə yetirmək, atəşkəs rejiminə əməl etməyə çağırıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info