“Bakı beynəlxalq problemlərin müzakirəsi üçün yeni meydana çevrilir”
Tarix: 24.02.2017 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


“İlham Əliyevin vasitəçi kimi hər şeyi daha ağırlıqlı və effektiv etmə şansı çox yüksəkdir”

“Nezavisimaya qazeta” nəşrində dünyanın siyasi düzəni ilə bağlı maralı məqalə dərc edilib. Nikita İsayev adlı müəllif qeyd edir ki, bu gün dünya mediasında əsas trend yeni dünya düzəninin yaradılması ilə bağlıdır.
Müəllif yazır ki, BMT-nin daha əvvəlki nüfuzda olmamasını, demək olar ki, hər gün dünyanın müxtəlif hissəsində qanlı toqquşmalar yaşanmasını hamı qəbul edir. Vəziyyət o qədər çətindir ki, həmin münaqişələrin qarşısını almaq mümkün deyil: “Rusiyanın dünya arenasında öz yerini tutmaq cəhdi həmişə kimlərsə tərəfindən narazılıq, təhdidlə qarşılanır. BMT beynəlxalq təşkilat kimi statusunu itirməkdədir. Amma bu təkcə BMT-yə aid deyil. Avropa İttifaqı daxili ziddiyyətlər içində qalaraq dayanıqlığını itirir. Bizə ən yaxın olan təşkilat MDB də problemlər içindədir”. Müəllif yazır ki, Ukrayna məsələsindən tutmuş Belarusla Rusiya arasında yaşanan son olaylar birlik daxilində vəziyyəti göstərir”. Onun fikrincə, MDB iqtisadi baxımdan da əhəmiyyətini itirməkdədir. Yazıda qeyd edilir ki. bu məkanda problemlərin Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqı daxilində həll edilməsinə üstünlük verilir. Amma bu da faydasızdır.

“Rusiya, Hindistan, Türkiyə və İran ittifaqı Yaxın Şərq probleminin həllində həlledici rol oynaya bilər”
Müəllif yazır ki, MDB ölkələrinin təkbaşına “üzməyə yox”, vahid komanda şəklində olmasına ehtiyac var: “Postsovet məkanı ölkələrinin iqtisadiyyatı Rusiyadan çox asılıdır. Elə Rusiya iqtisadiyyatına da həmin ölkələrlə əməkdaşlıq etmək sərfəlidir. Digər tərəfdən birlikdə artıq dünya ÜDM-ində payı 17 faizə çatan Çinin iqtisadi ekspansiyasına qarşı dayanmaq olar. Burada da maraqlı məsələlər ortaya çıxır. Biz hələ də köhnə alətlərdən - neft, silah, nüvə məsələsindən istifadə edirik.

Nikita İsayev:
“Azərbaycan son vaxtlar münasibətləri kəskinləşən ABŞ-la İran arasında yaxşı vasitəçi ola bilər. Bakı Rusiya ilə ABŞ arasında müxtəlif formatlı görüşlərin keçirilməsi üçün yaxşı məkandır”



Bizə dünya ÜDM-inin 2 faizi yox, iqtisadi güc lazımdır. Bu gücü təkbaşına əldə etmək mümkün deyil. Bu ittifaqı isə texnologiya və sənaye əsasında qurmalıyıq. Bu gün belə bir ittifaq artıq Hindistanla var. İki dövlətin dünya ÜDM-ində payı 5 faizə çatır. Bu ittifaqa İran və Türkiyəni də dəvət etmək lazımdır. Bu isə dünya arenasında ciddi oyunçunun yaranması deməkdir. Yaxın Şərq problemini həll etmək lazımdır və qeyd edilən ittifaq burada həlledici rol oynaya bilər”.

“Coğrafi mövqeyinə görə bu yeri Azərbaycan asanlıqla tuta bilər”
Müəllif yazır ki, son vaxtlar sülhməramlı statusunu Belarus aktiv şəkildə üzərinə götürüb. Amma Belarusun bu statusu nəticəsiz olub: “Belarus ərazisində Dağlıq Qarabağ, Ukrayna hadisələri ilə bağlı görüşlər keçirilsə də, nəticə olmayıb. Almaniyanın “Tagesspiegel” nəşri yazır ki, Ukrayna ilə bağlı Minsk razılaşması Avropa diplomatiyasının iflası olub. Razılaşmanın imzalanmasından iki il vaxt keçsə də, onun bir bəndinə belə, əməl olunmayıb. Deməli, Minsk sülhməramlı ərazi olmadı. Coğrafi mövqeyinə görə bu yeri Azərbaycan asanlıqla tuta bilər. Bu ölkə qeyd etdiyimiz Rusiya, Türkiyə, İran və Hindistandan ibarət yeni konstruksiyaya asanlıqla qoşula bilər. Bunun üçün yaxşı zəmin də var - İranla eyni dinə sitayiş iki dövlət arasında yaxın münasibətlərdən xəbər verir. ABŞ-la aktiv iqtisadi əməkdaşlıq Vaşinqtonla Bakı arasında münasibətlərin qaydaya salınmasında böyük rol oynayır. Buradan belə bir nəticə çıxır ki, Azərbaycan son vaxtlar münasibətləri kəskinləşən ABŞ-la İran arasında yaxşı vasitəçi ola bilər. Bakı Rusiya ilə ABŞ arasında müxtəlif formatlı görüşlərin keçirilməsi üçün yaxşı məkandır. Burada təkcə Suriya məsələsinin müzakirəsi ilə kifayətlənmək olmaz. Bir müddət əvvəl Bakıda Rusiya və ABŞ hərbi rəhbərliyinin yüksək səviyyəli görüşü Bakının beynəlxalq problemlərin müzakirəsi üçün yeni meydan kimi cazibədarlığını təsdiqləyir. Minsk razılaşmalarına inam hər gün azalır və Ukrayna məsələsi yeni görüşlər və yeni formatlı danışıqlar tələb edir. Azərbaycan ərazisi “yeni Minsk” ola bilər. Amma bir fərqlə ki, İlham Əliyevin vasitəçi kimi hər şeyi daha ağırlıqlı və effektiv etmə şansı çox yüksəkdir. Belə tədbirlər üçün güclü moderator lazımdır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info