İranın avtomobil istehsalçısı Azərbaycanda dörd zavod açmağı planlaşdırır
Tarix: 24.02.2017 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Azərbaycan-İran iqtisadi əlaqələrində əsas prioritet kimi qeyri-neft sektorunu seçilib

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranın Ərdəbil şəhərinə səfər edib. İranlı həmkarı Mahmud Vaezi ilə görüşən Şahin Mustafayev qarşılıqlı əlaqələrin inkişaf perspektivlərini müzakirə edib.
Qeyd olunub ki, Azərbaycan və İran prezidentləri siyasi iradə nümayiş etdirərək qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə qərar veriblər. Hər iki ölkənin rəhbəri son 3 ildə 7 dəfə görüşərək münasibətlərin inkişafını müzakirə ediblər. Prezidentlərin görüşləri nəticəsiz qalmayıb. Belə ki, qarşılıqlı investisiya yatırımı və birgə iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində konkret addımlar atılıb. İranın rabitə və informasiya texnologiyaları naziri M.Vaezi qeyd edib ki, Azərbaycan İranın yaxın qonşusu olmaqla yanaşı, dost və qardaş dövlətdir. İran qarşılıqlı əlaqələrin inkişafına böyük önəm verir. Görüşdən sonra hər iki nazir İran-Azərbaycan biznes-forumunda iştirak edib. Biznes-forumda iş adamlarının investisiya yatırmaq imkanları müzakirə edilib. Tədbirdə çıxış edən iranlı nazir qeyd edib ki, İranla Azərbaycanı mədəni, dini və tarixi əlaqələr birləşdirir və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün bu üstünlükdən istifadə etmək lazımdır. M. Vaezi qeyd edib ki, ölkələr arasında ticarət dövriyyəsinin həcmi ilbəil artmaqdadır: "Son statistikaya əsasən, ticarət dövriyyəmiz 70% artıb". Nazir İranla Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını qeyd edib. Onun sözlərinə görə, hər iki ölkənin rəhbərliyi ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsində əsas prioritet kimi qeyri-neft sektorunu seçib: "İki ölkənin investorları da öz fəaliyyətlərini bu prinsip əsasında qurmalıdırlar". Ş. Mustafayev isə forumda çıxışı zamanı ticarət dövriyyəsinin həcminin artmasının qlobal böhran şəraitində baş verməsinə xüsusi diqqət yetirib. Nazirin sözlərinə görə, Azərbaycanda 538 İran şirkəti fəaliyyət göstərir: "Həmin şirkətlərin yatırdığı investisiyaların əhəmiyyətli dərəcədə böyük olmasına baxmayaraq, onun böyük hissəsi neft sektorunun payına düşür. İran şirkətləri Azərbaycanın qeyri-neft sektoruna 150 milyon dollar məbləğində investisiya yatırıb". İranlı həmkarının fikirlərini dəstəkləyən nazir qeyd edib ki, iki ölkənin iş adamları investisiya yatırımlarında qeyri-neft sektoruna üstünlük verməlidirlər. Ş. Mustafayev bildirib ki, Azərbaycan tərəfi birgə müəssisələrin yaradılmasını dəstəkləyir. Şahin Mustafayev qeyd edib ki, İranın “Iran Khodro” şirkəti Azərbaycanda avtomobil istehsalı üzrə dörd zavod açmağı planlaşdırır. Nazir bildirib ki, Bakı ilə Tehran, Təbriz və Məşhəd şəhərləri arasında aviareyslərin artırılması planlaşdırılır. Forum çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti ilə Ərdəbil Vilayəti Ticarət Palatası arasında ikitərəfli iqtisadi əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sonra nümayəndə heyətinin üzvləri Ərdəbilin sənaye müəssisələri ilə tanış olublar.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info