Lütfi Məmmədbəyovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib
Tarix: 24.02.2017 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti Lütfi Məmmədbəyovun 90 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azər Paşa Nemət Lütfi Məmmədbəyovun Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıb. O bildirib ki, Lütfi Məmmədbəyov 1961-ci ildən başlayaraq Akademik Milli Dram Teatrında çalışıb: “Lütfi Məmmədbəyov Azərbaycan teatrını, bizim kinomuzu və ümumən mədəniyyətimizi sevən bir insan idi. Onun tələbələri, yetirmələri bu gün Azərbaycan teatrının və kinosunun əsas simalarıdırlar. Lütfi müəllimin Xalq Teatrındakı fəaliyyəti, Akademik Milli Dram Teatrında hazırladığı səhnə əsərləri hər zaman böyük hörmət və ehtiramla xatırlanıb. Nə qədər ki Azərbaycan mədəniyyəti var, Lütfü müəllimin adı və imzası hər zaman yaşayacaq, xoş hisslərlə yad olunacaq”.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev isə Lütfi Məmmədbəyov haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, onun insani keyfiyyətləri, sənətkar kimi quruluş verdiyi tamaşalar və televiziya filmləri barədə danışıb: “Lütfi müəllimin insani keyfiyyətləri o qədər yüksək idi ki, hətta gücü çatmayacağı işlərdən ötrü qapıları döyməyi bacarırdı. Lütfi Məmmədbəyovun yaratdığı Xalq teatrı qədər Azərbaycan mədəniyyətinə, xüsusən, teatr sənətinə görkəmli sənət xadimləri bəxş edən ikinci xalq teatrı olmayıb. Onun yetirmələri sonralar böyük uğurlar qazandılar və Azərbaycan teatr sənətinin simalarına çevrildilər”.
Sonra aktyorun sənət dostları – xalq artistləri Hacı İsmayılov, Əminə Yusifqızı, Məleykə Əsədova, İlham Namiq Kamal, Bəsti Cəfərova, Ramiz Məlik Lütfi Məmmədbəyovu böyük sənət xadimi, qayğıkeş insan, unudulmaz müəllim kimi xatırlayıb, onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. L. Məmmədbəyovun tələbəsi, müğənni Samirə Allahverdi musiqi nömrəsi ilə çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanın dəstəyi ilə Dərbənddə xalçaçılıq muzeyi yaradılacaq
20.09.2019
“Şirinlər” növbəti dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsinə çıxacaq
19.09.2019
Azərbaycanlı rəssamın Neapol uğuru
19.09.2019
Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert təşkil edilib
19.09.2019
“YARAT”da Rusiya istehsalı olan filmlər göstəriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info