Bölgələrdə Amerika Guşələri açılacaq
Tarix: 24.02.2017 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbul çərçivəsində Gəncə, Xaçmaz, Salyan və Kürdəmir rayonlarında Amerika Guşələrinin Azərbaycanda yenidən açılmasına dair ikitərəfli Anlaşma Memorandumu imzalanıb.
Ə. Qarayev bildirib ki, imzalanan memorandum uğurla həyata keçiriləcək. Kitabxanalar şəbəkəsində bu layihə artıq bir neçə ildir icra olunur və yenidən imzalanma nəticəsində bu iş daha da geniş vüsət alacaq: “Layihə nazirliyin 2017-ci il iş planında mühüm yer tutacaq. Azərbaycanın yaxın zamanlarda hazırlaşdığı böyük bir layihədə də ABŞ-ın yaxından iştirak edəcəyinə ümidvaram. Bu layihə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin tərəfdaşlığı ilə cari il mayın 4-dən 6-dək Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Göründüyü kimi bu Forum dünyanın aparıcı təşkilatları tərəfindən dəstəklənir və inanıram ki, ABŞ da bu maraqları nəzərə alaraq layihə ilə ciddi şəkildə maraqlanacaq. Artıq Forumda iştirakla bağlı məktub ABŞ Dövlət katibliyinə göndərilib”.
Səfir R. Sekuta isə bildirib ki, Anlaşma memorandumu hər iki ölkə üçün faydalı olacaq, həm Azərbaycan, həm də ABŞ vətəndaşlarının faydalı məlumatlardan istifadəsinə xidmət edəcək: “Nəzərə alsaq ki, bura təkcə mədəniyyət sahəsi deyil, həmçinin turizm daxildir, o zaman ABŞ-ın turizm şirkətlərinin də Azərbaycanla əlaqələrinə təkan vermiş olacağıq. Amerika Guşələri kitabxanalarda yerləşəcək və yerli əhaliyə internet və maarifləndirici materiallardan pulsuz istifadə imkanı yaradacaq. Bu layihə həm də azərbaycanlı gənclərin ingilis dilini inkişaf etdirməsi, Amerika mədəniyyəti və cəmiyyəti haqqında məlumat alması üçün mükəmməl bir vasitədir. ABŞ iki ölkə arasında qarşılıqlı anlayış qurmaq istiqamətində daim çalışır. Biz çox şadıq ki, paytaxt Bakıdan kənarda yaşayan gənclər də bizim layihədən tam şəkildə faydalana biləcəklər”.
Görüş hər iki ölkə arasında mədəniyyət və turizm sahəsində qarşılıqlı əlaqələr mövzusunda fikir mübadiləsi ilə davam edib.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Cəlil Məmmədquluzadənin “Poçt Qutusu” tacik dilində
16.09.2019
Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert
16.09.2019
Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib
16.09.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
14.09.2019
Qobustan Milli Tarix-Bədii Qoruğunda “Açıq qapı“ günləri olacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info