“Avropa Parlamentinin deputatı olmaq digər dövlətlərin qanunlarını və beynəlxalq hüququ pozmağa əsas vermir”
Tarix: 24.02.2017 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


"Avropa Parlamentinin deputatı olmaq heç kimə digər dövlətlərin qanunlarını, beynəlxalq hüququn norma və prinsiplərini pozmağa əsas və ya immunitet vermir. Frank Engel, Yelen Teoxarus və Yaromir Ştetin kimiləri davamlı olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bötüvlüyünün pozulmasına çağırışlar edir və bu istiqamətdə əməli fəaliyyət həyata keçirir, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaradılmış qanunsuz rejimin və aqressiv separatizmin propaqandası ilə məşğul olur, dezinformasiya, etnik və dini zəmində nifaq və ayri-seçkilik yayırlar".
 
Bunu barəsində Baş Prokurorluq tərəfindən cinayət işi açılmış Frank Engelin Ermənistan mediasına və Yaromir Ştetinin Çexiya televiziyasına açıqlamasını şərh edən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
 
H. Hacıyev bildirib ki, bütün beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi halda, bu şəxslər Ermənistan və qondarma rejimlə əlbir olaraq, münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini pozmağa və qəsdən regionda onsuz da kövrək olan vəziyyəti gərginləşdirməyə çalışır və Ermənistanın xeyrinə lobbist fəaliyyət həyata keçirirlər.
 
"Avropa Parlamenti üzvlüyündən sui-istifadə edərək onların bu kimi qanunsuz əməlləri ilk növbədə Avropa İttifaqının və Parlamentinin əsasını təşkil edən universal dəyərlərə ziddir.  
 
Bir milyondan artıq Azərbaycanlının qanlı etnik təmizlənməsinə, Xocalı soyqırımına göz yumaraq müəyyən maraqların və siyasi sifarişlərin müqabilində onların bu kimi təxribatçı və rasizm təmayüllü fəaliyyəti eləcə də Avropa seçicilərinə, Avropa Parlamentinə hörmətsizlik və vicdansızlıqdır. Təəssüflə qeyd etməliyik ki, bu kimi şəxslər öz qanunsuz əməlləri ilə geniş ictimai rəydə Avropa Parlamentinin nüfuzuna xələl gətirirlər.      
 
Azərbaycanın Avropa İttifaqı və üzv dövlətlərlə dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafından daim narahat olan bu şəxslər Avropa İttifaqının özünün maraqları əleyhinə fəaliyyət göstərdiklərini əməlləri ilə sübut edirlər.
 
Barələrində cinayət işi açıldıqdan sonra indi bu şəxslərin öz qanunsuz əməllərinə “demokratiya” donu geyindirməyə və Avropa Parlamentinin çətiri altında gizlənməyə çalışmaları heç bir mənəvi-etik və hüquqi çərçivələrə sığmır.
 
Cinayət işi çərçivəsində ölkəmizin qanunları və qoşulduğumuz beynəlxalq sənədlər üzrə daşıdığımız öhdəliklərindən çıxış edərək bu şəxslərə münasibətdə zəruri hüquqi təqib addımları atılacaq", - deyə XİN sözçüsü vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info