2016-cı ildə ölkəmizə gələn əcnəbilərin sayı 12% artıb
Tarix: 24.02.2017 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


2016-cı ildə Azərbaycana gəlmiş əcnəbilərin sayı əvvəlki illə müqayisədə 12,1% artaraq  2248,8 min nəfər olub.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycana səfər etmiş şəxslərin ümumi sayında qonşu ölkələrdən gələnlərin xüsusi çəkisi daha çox olub. Belə ki, ölkəmizə səfər edənlərin 33,1%-i Rusiya, 22,5%-i Gürcüstan, 14,0%-i Türkiyə, 11,1%-i İran, 19,3%-i isə digər ölkələrin vətəndaşları olub.
 
2015-ci il ilə müqayisədə 2016-cı ildə ölkəmizə gələn bir sıra xarici ölkə vətəndaşlarının sayında daha çox artım müşahidə edilib. Belə ki, İraq vətəndaşlarının sayı 30,0 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 22,0 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 10,2 dəfə, Qətər vətəndaşlarının sayı 5,5 dəfə, İran vətəndaşlarının sayı 66,2%, Misir vətəndaşlarının sayı 51,8%, Çin vətəndaşlarının sayı 44,5% artıb.
 
Ötən ildə Avropa İttifaqına üzv ölkələrdən gəlmiş vətəndaşların sayı 16,6% azalaraq 91,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,1% artaraq 868,0 min nəfər olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
19.09.2020
Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
19.09.2020
“Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib
19.09.2020
Bu gündən sentyabrın 21-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək
18.09.2020
“Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
3 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib
4 “Azərbaycan öz məmləkətimizdir“
5 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info