Yaz süfrəsi
Tarix: 24.02.2017 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Yazda torpağın sinəsindən təzə cücərtilər dənzərən kimi kənd yerlərində deyirlər ki, kasıbın çörəyi çıxdı. Köhnə kişilər danışırdılar ki, aclıq-qıtlıq vaxtı çox adam çöldə-düzdə bitən ot-pencəri yeyə-yeyə xilas oldu.
Torpaq qar yorğanını üstündən atan kimi, bənövşə çıxan vaxtlarda ilkin olaraq incələnqoz ağızları dada gətirir. Onun dalınca da hər birinin öz dadı-tamı olan digər bitkilər çıxmağa başlayır: quşəppəyi, qazayağı, quzuqulağı, qırxbuğum, qulançar, bağayarpağı, qanqal, əvəlik, yemlik, kətəsaqqalı, pərpətöyün, cincilim, dağ kişnişi, yarpız, nanə, qıcı, şüyüd, vəzəri, cəfəri... Obrazlı desək, elə bil ana təbiət nəhəng bir göy-göyərti süfrəsi açır.
Tənəyin, böyürtkənin təzə çıxan zoğları, fındığın təzə açılan yarpaqları da kənddə yaşayanların yaz azuqəsidir. Yal-yamacda bitən qanqalın özəyini tikandan təmizləyib yemək yəqin ki, hər kəs üçün əvəzolunmaz təamdır. Axı yüz illər boyu indiki iynə-dərmanlar olmayanda babalarımız bu bitkilərlə müalicə alır, sağlamlıqlarını onların vasitəsi ilə qoruyurdular. Elə bil onda insanlar həkimin, dava-dərmanın nə olduğunu da xatırlamırdılar. Bəlkə də indi həb kimi, iynə kimi qəbul etdiyimiz vitaminlər elə həmin nemətlərin tərkibində olduğuna görə ağrı-acının nə olduğunu bilmirdik.
Təbiətin bu gözəl nemətləri mətbəxə də gəlib çıxardı. Yaz gələndən nənələrimizin dovğa qazanı ocağın üstündən düşməzdi. Sacın üstündə çiriş kətəsini oyan-bu yana çevirər, qazanda buğlanan göy-göyərtinin xoş ətri aləmi başına götürərdi.
Bitkilərdən, göy-göyərtidən hazırlanan yeməklərin adını saysaq, yəqin ki, uzun bir siyahı alınar: qatıqlı aş, çiriş kətəsi, kükü, çoban dürməyi, şüyüdlü aş, şüyüd dolması, buğlama, ispanaq qovurması, köməc qaynatması, əvəlikli umac, səbzi qovurma, qutab, dovğa, ayranlı aş...
...Süfrədə hər xörəyin öz dadı, öz ləzzəti var. Amma bəlkə də bir boşqab çobansalatı orqanizm üçün dünyanın ən ləziz xörəyindən faydalıdır. Bir dərin boşqab çoban salatı, üstündə də nanə, reyhan...
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info