Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindən biridir
Tarix: 24.02.2017 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Xocalı faciəsi mənfur erməni daşnaklarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin növbəti mərhələsi kimi tariximizə yazılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirdə mərkəzin direktoru Namiq Novruzov tərəfindən səsləndirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən mərkəzin direktoru Namiq Novruzov bildirib ki, Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindən biridir. Ermənilərin Xocalını hədəfə almaqda məqsədi ata-baba torpaqlarımızda bizə məxsus olan tarix və mədəniyyət abidələrimizi məhv etmək, Qarabağın dağlıq hissəsində strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idi.
Qeyd olunub ki, yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi qiymət verilib. Bu cinayətin beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə əlaqədar ilk təşəbbüs də Ulu Öndərin adı ilə bağlıdır. Onun səyi nəticəsində Azərbaycan Respublikasının Milli Məclisində 26 fevralın Xocalı Soyqırımı Günü kimi qeyd olunması qərara alınıb.
Namiq Novruzov ulu öndər Heydər Əliyevin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi səylərdən, apardığı məqsədyönlü siyasətdən söz açıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Sonra mərkəzin ayrı-ayrı dərnək üzvlərinin ifasında Xocalıya həsr edilmiş şeirlər səsləndirilib, slayd nümayiş etdirilib, səhnəciklər göstərilib.
Tədbir iştirakçıları sonda Xocalı faciəsini əks etdirən sərgiyə baxıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info