Belçikada Xocalı həftəsinə start verildi
Tarix: 24.02.2017 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Belçikanın Ghent şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "Qafqazda barışın önündəki əngəllər - Qarabağın işğalı" mövzusunda tədbir keçirilib. Tədbirdə bu ölkəyə səfər etmiş Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayilov, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin də iştirak ediblər.
ATXƏM-in mətbuat xidmətindən “Palitra”ya daxil olan məlumata görə, Ghent Türk Ocağının təşkil etdiyi "Qafqazda barışın önündəki əngəllər: öncəsi və sonrasıyla Qarabağın işğalı - üç nəsil bir trajedi" adlı konfrans və foto-sərgiyə Azərbaycan və Türk diaspor təmsilçiləri, Ghent şəhərinin yerli sakinləri də qatılıblar. Tədbiri giriş sözü ilə açan Ghent Türk Ocagının qurucu başqanı Rəcəb Tuncər Sarı 25 il öncə Azərbaycanın tarixi torpaqları olan Qarabağ bölgəsindəki işğal faktlarına diqqət çəkərək bildirdi ki, zaman-zaman türklərə qarşı soyqırımları törətməkdən çəkinməyən ermənilər, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində insanlığa sığmayan qətliamlar törədiblər, bu qəsəbədə gerçək bir soyqırım gerçəkləşdiriblər.
Ghent Türk Ocağının rəhbəri Erdal Böcük qeyd edib ki, XX yüzıl tarixində bir neçə soyqırımlarla yadda qalıb ki, bu soyqırımların içərisində Xocalı soyqırımı ən amansız, vəşicəsinə törədilmiş bir soyqırımdır:”Çünki dinc əhaliyə, uşaqlara, qadınlara, ahıl insanlara qarşı xüsusi bir qəddarlıqla törədilmiş bir cinayətdir. Bu cinayəti törədənlər cəzalandırılmalıdır”.
Belçikalı millət vəkili, Belçika Xristian Demokrat Partiyasının üzvü Veli Yüksel Xocalıda baş veren qətliamların gerçək bir soyqırımı olduğuna diqqət çəkərək, bu soyqırımı törədənlərin beynəlxalq hüquq müstəvisində cəzalandırılmasının vacib olduğunu bildirdi. Belçika Parlamentinin türk əsilli millet vekili bildirib ki, Belçika ve Azərbaycan Parlamentləri dostluq qruplarının birgə səyi nəticəsində Xocalı soyqırımını Belçika Parlamentində müzakirəyə çıxarmaq mümkündür.
Azərbaycan Prezident Adminstrasiyasının sektor müdiri Qafar Əliyev tədbir iştirakçılarına məlumat verərək deyib ki, Azərbaycanın tarixi torpaqlarını işgal eden ermənilər yalnız Xocalıda deyil, Dağlıq Qarabağın bir çox kənd və qəsəbələrində dinc əhaliyə qarşı bu cür qetliamlar törədiblər: " Təəssüflər olsun ki, bu gün dünyada bu məsələlərə ikilistandart yanaşmalar mövcuddur. Ən acınacaqlısı isə odur ki, bu faciələri görməzdən gələn ölkələrin çoxu daha çox demokratik dəyərlərdən danışan ölkələrdir". Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov beynəlxalq aləmdə Azərbaycanın hər gün artan nüfuzuna diqqət çəkərək qeyd edib ki, Azərbaycan inkişaf etdikcə, beynəlxalq aləmdə öz siyasi nüfuzunu dərinləşdirdikcə dostlarımızın sayı da artmaqdadır: "Əvvəllər Azərbaycanın reallıqlarını görməzden gələn, haqlı olduğumuz təqdirdə bizi haqsız görən qüvvələr artıq Azərbaycanın maraqları ilə də hesablaşmaq zorundadılar. Eyni zamanda, həmin qüvvələr də anlayır ki, onların münasibətlərindən asılı olmayaraq, Azərbaycan bölgənin əsas söz sahibi ölkəsi durumundadır, əksine ermənilərə bu vaxtadək vermiş olduqları dəstək onları bölgədəki bütün strateji layihələrdən kənarda qoyub". ATXEM-in sədri İlham İsmayılov tədbirin təşkili üçün Ghent Türk Ocağına təşəkkür edərək bildirib:”Bu təşkilatın üzvləri Brüsseldə keçirdiyimiz bütün layihələrdə hər zaman bizə dəstək verirlər. Sizin təşkilat yalnız Azərbaycanın deyil, bütün türk xalqlarının problemlərinin həllində dəstək olmağa çalışır. Bu gün burada Xocalı ilə bağlı foto sərgi açmısınız, bir ay boyunca bu sərgidə ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər yerli əhaliyə nümayiş olunacaqdır. Fevralın 24-də Avropa Komissiyasının binası önündə Xocalı soyqırımını lənətləyən mitinqimiz keçiriləcək. Əminəm ki, sizin təşkilat bütün üzvlərinizlə yenə də bizim yanımızda olacaqsınız". "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli çıxışımda Azərbaycanın bölgədəki nüfuzuna toxunaraq bildirdi ki, sülh danışıqları prosesinin sonadək alınması üçün Azərbaycan əlinden gələni edir. Lakin təəssüflər olsun ki, ermənilər hələ də öz aqressiyaları ilə regionda təhdid olaraq qalmaqdadır: " Keçən il aprel ayında baş vermiş dördgünlük müharibə də göstərdi ki, Ermənistan bütün sahələrdə olduğu kimi döyüş poliqonlarında da Azərbaycandan qat-qat zəifdir, hətta güclər nisbətini müqayisə belə etmək çətindir. Buna baxmayaraq, erməniləri öz aqressiyalarını davam etdirməyə vadar edən qüvvələr öz mövcudluğunu helə de saxlayır". Daha sonra müzakirələrdə Azərbaycanın ümummilli məsələlərinin həll olunması və Azərbaycan həqiqətlərinin daha mütəşəkkil təbliğ olunması üçün birgə əməkdaşlıq səylərini gücləndirməyin vacib olduğu qərara alınıb. ATXEM-in icra katibi, “Birlik" jurnalının baş redaktoru İlqar İlkin Xocalı soyqırımının dünyaya çatdırılması və bu istiqamətdə Avropada fəaliyyət göstərən Azərbaycan və Türk diaspora təşkilatlarının birgə iş qurmalarının vacibliyini qeyd edib. Tədbirin sonunda Xocalı həqiqətlərinin Avropada təbliğində göstərdiyi xidmətlərə görə Ghent Türk Ocaqlarının qurucu başkanı Rəcəp Tuncer Sarıya Azərbaycan nümayəndə heyəti adından plaket təqdim olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Azərbaycan təhsil sistemində idarəetmə texnologiyalarının tətbiqi zəruridir
21.05.2019
“Mxitaryan, axı sən nə istəyirsən?”
20.05.2019
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20.05.2019
Ramin Əhmədov: ”Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub”
20.05.2019
Millət vəkili Azər Badamov: “Hədəf neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info