Niderland Parlamentinə Xocalı soyqırımı ilə bağlı petisiya təqdim olunub
Tarix: 24.02.2017 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Niderland Krallığındakı səfirliyimizin dəstəyi ilə bu ölkədə yaşayan Azərbaycan diaspora təşkilatlarının üzvləri Niderland Parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının üzvləri ilə görüşüb. Niderlandlı parlamentarilər Xocalı soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Qarşılıqlı fikir mübadiləsindən sonra Azərbaycan diasporasının nümayəndələri bu ölkənin parlamentində Xocalı faciəsi ilə bağlı hüquqi qərar qəbul edilməsini xahiş ediblər və soyqırıma dair hazırlanmış petisiyanı təqdim ediblər. Petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən 613 Azərbaycanlının vəhşicəsinə öldürülməsi, yüzlərlə qadın və azyaşlı uşağın yaralanması və əsir götürülməsi diqqətə çatdırılıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə BMT-nin dörd qətnamə qəbul etdiyi vurğulanıb.
“Niderland-Azərbaycan kommunikasiya platforma”sı ("Netherlands Azerbaijan Communication Platform``) təşkilatının rəhbəri Arnold Utama ölkəsinin dünyada baş vermiş bir çox soyqırımı hadisələrini tanıdığını, ancaq Xocalı soyqırımı haqqında çox az məlumata malik olduğunu bildirib. O, hazırkı petisiyada Xocalı faciəsi haqqında ətraflı məlumatın olduğunu və onun parlamentarilərin diqqətini cəlb edəcəyinə əminliyini bildirib.
“Azərbaycanın Dostları Avropa Mərkəzi” ("European Center Azerbaijani Friends``) təşkilatının sədri Leyla Babayeva 2014-cü ildə Niderland parlamentinə təqdim olunmuş analoji petisiyadan söz açıb.
“Avropalı Azərbaycanlılar/Niderlandlılar” ("European Azerbaijanis/Netherlands``) təşkilatının sədri və www.euroaz.nl saytının təsisçisi Emil Əliyev üç dildə dərc olunan “Xocalı Soyqırımı” kitabını və diskləri parlamentarilərə təqdim edib.
Görüşdə Azərbaycan tərəfini təmsil edən Gövhər Nəzərova , Anne van der Heiden, Anita Vermaas və Nicolette van Tienhoven Xocalı soyqırımından danışaraq, ermənilərin törətdikləri bu kimi cinayətlərə hüquqi qiymət verilməsinin vacibliyini diqqətə çatdırıblar. Görüşdə iştirak edən Niderland vətəndaşlarının Xocalı faciəsi ilə bağlı Azərbaycan diaspora nümayəndələri ilə həmrəy olması niderlandlı parlamentarilər - Angelien Eijsink, Harry van Bommel, Michiel Servaes, Han ten Broeke və Selcuk Öztürk tərəfindən yüksək qiymətləndirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Əli Kərimli indi də Müsavatı idarə etməyə hazırlaşır?
18.09.2019
İki qardaş ölkənin dövlət bayraqları Təkaltı dağının zirvəsində
17.09.2019
AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb
17.09.2019
Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info