Avropadakı azərbaycanlılar Niderlandda toplanacaq
Tarix: 24.02.2017 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Niderland Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) V Qurultayı keçiriləcək.  Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən  verilən məlumata görə, 27 fevral 2017-ci il tarixində Qurultayda AAK prezidenti Samira Patzer-İsmailovanın ötən qurultaydan keçən müddət ərzində görülmüş işlərə dair hesabat məruzəsi dinləniləcək. 
Daha sonra digər Qurultay nümayəndələri və qonaqlar çıxış edərək AAK-ın ötən dövrdəki fəaliyyətinə, təşkilatın qarşısında duran vəzifələrin icrasına qiymət verəcəklər. Qurultayda AAK-ın rəhbər orqanlarına seçkilər keçiriləcək, həmçinin bir sıra sənədlər, o cümlədən Avropa Azərbaycanlıları Konqresinin V Qurultayının Qətnaməsi qəbul ediləcək.
Qurultay çərçivəsində Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın inkişafı sahəsində qarşıda duran vəzifələr, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının yeni metod və texnologiyaları barədə müzakirələrin aparılması, AAK-a yeni üzv-təşkilatların qəbulu da planlaşdırılır.
AAK-ın V Qurultayında əksəriyyəti Niderland, Almaniya, İsveç, Rusiyadan olmaqla Avropanın 27 ölkəsindən 91 nümayəndənin iştirakı nəzərdə tutulub. Qurultayda Avropa Azərbaycanlıları Konqresinə üzv təşkilatların rəhbərlərinin, Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, xarici ölkə deputatlarının, o cümlədən Niderland Krallığının parlament üzvlərinin, AAK-a üzv olmayan Azərbaycan cəmiyyət və birliklərinin, həmçinin, digər xalqların diaspor təşkilatlarının təmsilçilərinin iştirakı gözlənilir.
Qurultay nümayəndələri və qonaqlar yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alimlər və ziyalılar, siyasi və ictimai xadimlərdir.
Qeyd edək ki, AAK 2004-cü il aprelin 17-də Berlində keçirilən toplantıda təsis edilib. Avropa Azərbaycanlıları Konqresində Avropanın 27 ölkəsindən 60-dan artıq diaspor təşkilatı təmsil olunur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info