Daşkənddə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Tarix: 24.02.2017 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirib.
Mədəniyyət Mərkəzindəki Heydər Əliyev muzeyində keçirilən tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə mərkəzin foyesində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilən stendə baxıb, kitab sərgisi ilə tanış olub.
Gənclər stendin qarşısında “Xocalıya ədalət!” kampaniyası ilə bağlı dünya dövlətlərinə çağırış ediblər.
Xocalı faciəsi qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Xocalı soyqırımının yaranma səbəbləri haqqında ətraflı məlumat verib.
Səfir 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan Xocalı şəhərinə ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiklərini bildirib. Qeyd edilib ki, Xocalı soyqırımı XX əsrin sonlarında ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət kimi tarixə düşüb.
Diplomat erməni silahlılarının keçmiş sovet ittifaqının 366-cı motoatıcı alayı ilə birgə bir gecənin içində Xocalı şəhərini yer üzündən sildiklərini vurğulayıb. Bildirib ki, ermənilər o gecə Xocalının dinc sakinlərini güllələyib, qocalara, qadınlara, uşaqlara aman verməyiblər.
Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası haqqında danışıb, Xocalı soyqırımının tanınması istiqamətində görülən işləri diqqətə çatdırıb.
Tanınmış özbək şairi Tura Mirzə bildirib ki, 1990-cı illərdə burada “Qarabağ Komitəsi” yaratmışdıq və Dağlıq Qarabağ həqiqətlərinin yayılması istiqamətində xeyli iş görülmüşdü.
Soydaşımız Almaz Məcidova, müğənni Xursənd Şerov və başqaları Xocalı soyqırımı və erməni təcavüzü barədə fikirlərini bölüşüblər. Bildirilib ki, Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilən cinayətdir.
Daha sonra səfir Hüseyn Quliyev qeyd edib ki, bu gün özbək tarixçisi Şuxrat Salamovun və Eldar Məmmədovun birgə çəkdikləri “Daşnaklar Fərqanədən Qarabağadək” filminin təqdimatı da keçiriləcək.
Şuxrat Salamov və Eldar Məmmədov film haqqında məlumat veriblər.
Qeyd edilib ki, filmdə ötən əsrin 1918-1920-ci illərində Türküstanda yaradılan muxtariyyət və bu qurumun ləğv edilməsi məqsədilə daşnaklar tərəfindən törədilən qanlı qırğınlardan danışılır. İlk dəfə olaraq, arxivlərdə saxlanılan nadir video və fotomateriallardan istifadə edilib. Sənədli filmdə XX əsrin sonlarında ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımı haqqında da danışılır, faciənin qanlı, qeyri-insani terror hadisəsi olduğu kadrların dili ilə tamaşaçıya çatdırılır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info