Ağsaqqallar Şurasının üzvləri “Ana fəryadı” abidəsini ziyarət ediblər
Tarix: 24.02.2017 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Ana fəryadı” abidəsini ziyarət ediblər.
APA-nın məlumatına görə, Şura üzvləri abidənin üzərinə gül dəstələri düzüb, önünə əklil qoyublar.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib ki, 25 il öncə ermənilərin Xocalıda törətdiyi vəhşiliyi Azərbaycan xalqı hər il ürək ağrısı ilə yad edir: "Bu vəhşilik hər kəsin ürəyini ağrıdır. Uşaqdan tutmuş qadına, qocaya qədər, vəhşilik etmək tarixdə misli görünməmiş hadisədir. Xalqımız bu günü soyqırım günü kimi qeyd edir. Bütün dünya bilir ki, Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin tarixi belə qətliamlarla doludur. Bu qanlı faciələr heç vaxt unudulmayacaq. Bu gün bizim prezidentimiz cənab İlham Əliyevin apardığı dözümlülük, münaqişələri yalnız sülh yolu ilə həll etmək siyasəti tək bizim üçün yox, dünya xalqları üçün də əhəmiyyətlidir. Çünki əsrimiz münaqişələr əsridir. Bu münaqişələrə son qoyulacaq. Bizim işğal edilmiş torpaqlarımız geri qaytarılacaq. Bu yaxınlarda Cəbrayılın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndindəki mənzərəni bütün dünya gördü. Ermənilər təkcə insanları qırmayıb, onlar yaşayış evlərini də dağıdıblar. Bu, vəhşilikdir. Xalqımıza başsağlığı verirəm. Nəinki burda, heç bir ölkədə insanların başına bu cür faciələrin gəlməməsini arzu edirəm".

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info