Oqtay Əsədov: “Xocalı soyqırımını törədən cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcək”
Tarix: 24.02.2017 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımı xalqımızın ən böyük faciələrindən biridir. Bu faciə xalqımıza qarşı törədilmiş dəhşətli soyqırımı siyasətlərindən biridir. Bu siyasətin 200 ildən artıq yaşı var. Ötən əsrlərdən bəri erməni terrorçuları tərəfindən soydaşlarımıza qarşı dəhşətli soyqırımı cinayətləri törədilib. Milyonlarla soydaşımız öz yurd-yuvasından qovulub, deportasiya edilib. Bu sözləri Xocalı soyqırımının 25 illiyinə həsr edilən plenar iclasda Milli Məclisin sədri Oqtay Əsədov deyib.
Oqtay Əsədov bildirib ki, Azərbaycan dövləti Xocalı soyqırımının dünya miqyasında tanınması üçün mühüm işlər görür. Bu işlərin həyata keçirilməsində Milli Məclisin də böyük rolu olub. Bunun nəticəsidir ki, onlarla ölkənin parlamentində Xocalı soyqırımı tanınıb, bu haqda müvafiq qərarlar qəbul edilib. Deputatlarımız bütün beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərini, o cümlədən Xocalı soyqırımını gündəmə gətirirlər.
“Milli Məclis Xocalı soyqırımının 25 illiyinə həsr olunan yazılı materiallar hazırlayıb. Azərbaycan xalqı bu cür faciələri heç zaman unutmayacaq. Bu vəhşilikləri törədən cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcək. Azərbaycan Prezidenti bu istiqamətdə qətiyyətli siyasət yürüdür. Hər birimiz əminik ki, işğal altında olan hər bir qarış torpağımız tezliklə azad olunacaq”, - deyə Oqtay Əsədov qeyd edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info