“Cənub Qaz Dəhlizi” layihəsi üzrə bütün işlərin 60-70 faizi icra edilib”
Tarix: 24.02.2017 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


“Cənub Qaz Dəhlizi” layihəsi üzrə bütün işlərin təxminən 60-70 faizi icra edilib. “Cənub Qaz Dəhlizi”nin seqmentlərini təşkil edən – “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri üzrə Azərbaycanda, Gürcüstanda və Türkiyədə bütün işlər qrafiki çox qabaqlamasa da, nəzərdə tutulan proqram üzrə irəliləyir.
Bunu  Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
“Hazırda “Şahdəniz-2” layihəsi üzrə işlərin təxminən 90 faizi yerinə yetirilib. Bu, çox böyük rəqəmdir. Çünki, Azərbaycan qazının Avropaya çatdırılmasına hələ 2 il var. Artıq yataqda 10 quyu qazılıb və həmin quyular istifadəyə verilməyə tam hazırdırlar. Sadəcə platformanın quraşdırılması işləri və bəzi texniki məsələlər qalıb. BP-şirkətinin operatoru olduğu “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələri üzrə işlər qrafiki çox qabaqlayır. Burada əsas məsələ yataqdan qazın alınmasıdır. Boru kəmərləri hazır ola bilər. Lakin, əgər həmin boru kəmərləri ilə nəql olunacaq qaz yoxdursa bu, heç kəsə lazım deyil. Ona görə də bizim əsas diqqətimiz ona yönəlib ki, “Şahdəniz” yatağının tammiqyaslı işlənməsini nəzərdə tutulan vaxtda həyata keçirək”, - deyə nazır əlavə edib.
N.Əliyev qeyd edib ki, “Şahdənzi-2” layihəsi çox mənfəətli bir layihədir: “Biz bu layihənin malıyyə dəyərini hesablayanda dünya bazarında neftin qiyməti çox yüksək idi. Ümumiyyətlə belə layihələrin mənfəətli olub-olmaması ilk növbədə dünya bazarında neftin, eləcə də təbii qazın qiymətindən asılıdır. Belə bir yüksək kapital qoyuluşu olan hər bir layihə təxminən 10 il ərzində xərclənən həmin vəsaitin çıxarılmasına hesablanır. Bundan sonra isə dövlətə böyük miqdarda mənfəət gəlməlidir. Eyni zamanda, hasilatın pay bölgüsü sazişləri elədir ki, mənfəətin yarısı kapital qoyuluşuna, yarısı isə mənfəət kimi dövlət və investorlar arasında bölüşdürülür. Ona görə də, bizim mənfəətimiz elə ilk satışdan olacaq. Lakin bizim əsas mənfəətimiz bütün kapital qoyuluşları tam ödənən vaxtdan sonra artacaq. Bu, isə əsasən dünya bazarında qazın qiymətindən, rəqabətdən, həmçinin də Avropada qaza tələbatdan asılı olacaq”.
Nazir vurğulayıb ki, “Şahdəniz-2” üzrə ümumilikdə isə 26 quyunun qazılması nəzərdə tutulur. Bu quyular qazıldıqdan sonra böyük həcmdə təbii qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə veriləcək. Bolqarıstan ilə Yunanıstan arasında bir birləşmə boru kəməri tikiləcək: “Bizim ildə 1 milyard kubmetr qazı Bolqarıstana vermək üzrə öhdəliyimiz var. Əgər imkan olsa, Bolqarıstandan başqa ölkələrə də - Rumıniya, Macarıstan və Moldovaya əlavə həcmlərimizi çatdıra biləcəyik. Vaxtilə götürdüyümüz öhdəliklər və bağladığımız müqavilələr çərçivəsində Avropa ölkələrinə çatdırılacaq qazdan əlavə həcmlərimiz yaranarsa, biz bu ölkələrə də Azərbaycan təbii qazını verə bilərik. Həmin ölkələr də bu məsələdə maraqlıdırlar. Eyni zamanda, Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina da “Cənub Qaz Dəhlizi” layihəsinə maraq göstərir. Bu, bizim üçün çox önəmlidir”.
Natiq Əliyev bildirib ki, “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələrinə təxminən 23,8 milyard dollar vəsait sərf ediləcək. Həmçinin TANAP-a 8,5 milyard dollar, TAP-a isə 4,5-5 milyard dollar xərclənəcək. Bu, təxminən 40 milyard dollar təşkil edəcək. Əvvəllər isə həmin rəqəm 45 milyard dollar hesablanmışdı. Bu da onu göstərir ki, qeyd edilən layihələrdə müəyyən həcmdə vəsaitə qənaət edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info