Rotterdam Erasmus Universitetində Azərbaycanla bağlı seminar keçirilib
Tarix: 24.02.2017 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Avropa Hüquqşünas Tələbələr Cəmiyyətinin (ELSA) təşkilatçılığı və ölkəmizin Niderland Krallığında yaşayan azərbaycanlıların dəstəyi ilə Rotterdam Erasmus Universitetində “Məcburi köçkünlər: unudulmuş qrup, Azərbaycan məsələsi” mövzusunda seminar keçirilib. Seminarın aparıcısı Niderlandda çalışan azərbaycanlı vəkil Əli Ağayev olub. Ə.Ağayev Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən və azərbaycanlı qaçqın və məcburi köçkünlərdən söz açıb. O, öz dədə-baba torpaqlarından zorla çıxarılan azərbaycanlı məcburi köçkünlərin beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmasından, onların beynəlxalq statusundan, Ermənistanın işğalçılıq siyasətindən, Xocalı soyqırımından, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar beynəlxalq hüquq normalarının Azərbaycanın lehinə olmasından danışıb. Ə.Ağayev “Çıraqov işi” və Azərbaycanın bu məsələdə hüquqlarının tanınması ilə bağlı mövzu ətrafında çıxış edib. Seminarda Erasmus Universitetində hüquq ixtisası üzrə təhsil alan tələbələr iştirak edib. İştirakçıların suallarının cavablandıran Ə.Ağayev tələbələrə “Çıraqov işi” mövzusu üzrə diplom işi yazmağı tövsiyə edib. Seminarın sonunda Ə.Ağayev ELSA tərəfindən martın 29-da Utrext Universitetində keçiriləcək analoji tədbirdə müvafiq təqdimatla çıxış etmək təklifi alıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info