Bakı Atatürk Liseyində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Tarix: 24.02.2017 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Anım mərasimi faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.  Mərasimdə çıxış edən liseyin müdiri Hüseyn Dəmirəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə şagirdlərə ətraflı məlumat verib, bunun insanlığa qarşı törədilmiş cinayət olduğunu söyləyib. Bildirilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra məhz onun təşəbbüsü ilə bu faciəyə siyasi-hüquqi qiymət verilib, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində mühüm işlər görülüb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Hüseyn Dəmirəl Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində Heydər Əliyev Fondunun əvəzolunmaz işlər gördüyünü də vurğulayıb. Qeyd olunub ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində soyqırımının beynəlxalq miqyasda tanınması üçün geniş təbliğat işləri aparlır. Çıxışlardan sonra lisey şagirdləri tərəfindən Xocalıya həsr olunmuş şeirlər səsləndirilib və ədəbi-bədii kompozisiya təqdim olunub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info