Birləşmiş Ərəb Əmirliklərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Tarix: 24.02.2017 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Fevralın 23-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.
Azərbaycanın BƏƏ-dəki səfirliyi və Dubay şəhərindəki baş konsulluğu tərəfindən təşkil edilmiş tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı soyqırımı aktı həyata keçirdiyini bildirib. Şəhərin əhalisi məhz azərbaycanlı olduğu üçün Ermənistan ordusu tərəfindən kütləvi qırğına məruz qalıb. Xocalıda cinayətkar ordu qocalara, uşaqlara, qadınlara misli görünməmiş divan tutub.
Səfir Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla 20 faiz ərazisini işğal etdiyini diqqətə çatdırıb. O, Azərbaycanın münaqişənin ərazi bütövlüyü və beynəlxalq hüququn prinsipləri əsasında dinc yolla həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etməsinə baxmayaraq, Ermənistanın işğalçılıq siyasətindən bu gün də əl çəkmədiyini vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası haqqında məlumat verən səfir Azərbaycan xalqının bütün dünyanın sülhsevər dövlətləri və xalqlarından Xocalıya ədalət istədiyini qeyd edib. Səfir, həmçinin Xocalı qətliamının dünyanın bir çox ölkələri tərəfindən soyqırımı cinayəti kimi tanındığını qeyd edib və bunun Azərbaycanın xarici siyasətinin uğuru olduğunu diqqətə çatdırıb. Daşqın Şikarov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımı, bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlərin görüldüyünü bildirib, hər kəsi bu işdə fəal olmağa çağırıb. O, işğal altındakı torpaqlarımız azad edilənədək Xocalı soyqırımının ildönümlərinin geniş şəkildə qeyd olunacağını və dünya ictimaiyyətinin bu məsələyə ədalətlə yanaşmağa sövq ediləcəyini vurğulayıb.
Azərbaycanın Dubay şəhərindəki baş konsulu Pərviz İsmayılzadə tədbirdə çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu söyləyib. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarına zidd olan hərbi təcavüzü nəticəsində 613 soydaşımızın, o cümlədən 106 qadının, 63 uşağın və 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirildiyini, cəsədlər üzərində təhqiredici hərəkətlərə yol verildiyini, həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulduğunu, 487 dinc Xocalı sakininin ağır yaralandığını və 1275 nəfərin girov götürüldüyünü qeyd edib. Girov götürülənlərdən 150 nəfərin taleyinin indiyədək məlum olmadığı diqqətə çatdırılıb.
Baş konsul Xocalı soyqırımının erməni şovinist dairələrinin azərbaycanlılara qarşı XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. O, Xocalı faciəsinə ilk dəfə siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Milli Məclisinin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevralın “Xocalı soyqırımı günü” elan olunduğunu bildirib.
Daha sonra mərasim iştirakçıları Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən Xocalı soyqırımı barədə hazırlanmış filmə baxıb, bu faciə barədə müzakirələr aparıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2020
İranın xarici işlər naziri Avropa İttifaqına reaksiya verdi
23.01.2020
Çindә koronavirus sәbәbindәn hәlak olanların sayı doqquz nәfәrә çatıb
23.01.2020
Bolqarıstanda “Türkiyə təqaüdləri“ proqramı tanıdıldı
23.01.2020
İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib
22.01.2020
Livanda yeni hökumət quruldu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
2 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
3 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq
4 Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər
5 Türkiyə mətbəxindən “ Arnavut plovu“ -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info