Şəffaf ekranlar satışa çıxarılıb
Tarix: 24.02.2017 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Əvvəllər populyar plazma televizorları ilə məşhur olan Yaponiyanın “Panasonic” şirkəti yüksəkkontrastlı şəffaf ekranların istehsalına başlayıb. Displeylər istənilən foto və videomaterialları və ya mətnli informasiyanı göstərən tam şüşə paneldən ibarətdir.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, şüşə ekran aktiv iş vaxtında da tam şəffaf olaraq qalır. Şəffaf panel istifadəçiyə televizorun içindən görməyə imkan verəcək. Yeni qurğunun əsas fərqləndirici cəhəti isə proyeksiya texnologiyasıdır. Displeyin konstruksiyası bir-birinə yapışdırılan iki şüşədən ibarətdir və onlar arasında işığı tənzimləyən yüksəkdəqiqlikli plyonka yerləşir. Sistemin idarə edilməsi üçün istənilən yerdə yerləşdirilən və videonu plyonkaya proyeksiya şəklində daxil etməyə imkan verən mini-kompüterdən istifadə olunur.
“Panasonic” nümayəndələri əmindirlər ki, yeni məhsul mehmanxanalarda reklam lövhəsi və ya mağaza vitrinləri üçün yaxşı həll ola bilər. Digər unikal funksiyalar arasında displeyləri bir-biri ilə birləşdirmək imkanı da yer alıb. Başqa sözlə, təsviri eyni dəqiqlikdə göstərəcək 221 düymlü böyük ekran yaratmaq mümkündür.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var
21.09.2019
Özbəkistanda parlament seçkilərinə start verilib
21.09.2019
Prezident: “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik”
20.09.2019
Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib
20.09.2019
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeodan

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info