Vergilər Nazirliyində Strateji yol xəritələrinin icrası üzrə işçi qrupu yaradılıb
Tarix: 24.02.2017 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyində iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ilə bağlı təqdimat keçirilib. Nazir müavini İlkin Vəliyev bildirib ki, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli Fərmanına əsasən 12 istiqamətdə strateji yol xəritəsi təsdiq olunub.“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmandan irəli gələn tapşırıqların icrası məqsədilə Vergilər Nazirliyinin kollegiyası tərəfindən 2017-ci il fevralın 9-da qərar qəbul edilib, iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nazirliyin əsas icraçısı olduğu 4 tədbir üzrə məsul şəxslər təyin edilib. Məsul şəxslərin hər birinə müvafiq tədbirlər üzrə digər qurumlardan nümayəndələr ayrıldıqdan sonra işçi qrupun yaradılması, işçi qrupun illik iş proqramının hazırlanması, hər rüb üzrə görülmüş işlərə dair hesabatın koordinasiya qurumuna təqdim edilməsi və digər zəruri işlərin görülməsi tapşırılıb.
Sonra Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin hər birində müəyyən olunmuş hədəflər, onların mahiyyəti, habelə, bilavasitə nazirliyin fəaliyyəti ilə bağlı olan istiqamətlər barədə məlumat verib.
Qeyd olunub ki, Vergilər Nazirliyi 3 strateji yol xəritəsində 5 istiqamət üzrə əsas icraçı (1 istiqamət artıq 2016-cı ildə icra olunub), 9 strateji yol xəritəsində 34 istiqamət üzrə isə digər icraçı qismində müəyyən edilib. Nazirliyin əsas icraçı olduğu sahələr əlverişli biznes mühitinin inkişaf etdirilməsi hədəfi üzrə səmərəli vergi sisteminin təşviq edilməsi, kiçik və orta sahibkarlıq subyektlərində aparılan yoxlamaların optimallaşdırılması və onların risk dərəcələri əsasında aparılması, bu sahədə stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi, kənd təsərrüfatı məhsullarının daxili bazarda ticarəti üzrə uçot göstəriciləri ilə bağlı tənzimləmə sisteminin hüquqi əsaslarının təkmilləşdirilməsi ilə bağlıdır.
Eyni zamanda vurğulanıb ki, hər bir hədəf bir sıra mühüm komponentlərdən ibarətdir və hər bir komponent üzrə ciddi təhlillər edilərək illik iş planlarında əksini tapacaq tədbirlər həyata keçiriləcək.
Tədbirdə nazirliyin ayrı-ayrı strukturlarının üzərinə düşən vəzifələr müzakirə edilib, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Prezident “ADEX-2018” Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
25.09.2018
Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gedib
25.09.2018
Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info