V.Qasımlı: “İslahatlar Azərbaycanı elektron platforma üzərindən ticarət qovşağına çevirməyə imkan verəcək”
Tarix: 24.02.2017 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Azərbaycanda aparılan islahatlar ölkəni elektron platforma üzərindən ticarət qovşağına çevirməyə imkan verəcək.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı mərkəzdə keçirdiyi brifinqdə deyib.
İİTKM-in rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyri-neft sektorunun yüksək inkişaf tempini qoruyub saxlamaqla, onun ixrac imkanlarını genişləndirmək və rəqabət qabiliyyətini daha da artırmaq, mövcud elektron ticarətin hüquqi və infrastruktur bazasını beynəlxalq tələblərə uyğunlaşdırmaq, regional əhəmiyyətli rəqəmsal ticarət qovşağı kimi Azərbaycan Respublikasının aparıcı mövqeyini daha da gücləndirmək məqsədilə “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Bu Fərman sahibkarlar üçün elektron ticarətin daha da asan və əlverişli olması üçün bir sıra mühüm addımların atılmasını nəzərdə tutur. Fərman xarici ticarətdə iştirak edən dövlət orqanları üzərinə konkret vəzifələr qoyur və sahibkarlığın inkişafı sahəsində şəffaflığın və hesabatlılığın artırılmasına yönəlmiş mühüm addım kimi səciyyələndirilir.
“ASAN imza”nın təşviqi və elektron imzaların tanınması da, o cümlədən ümumilikdə yaradılan platformalar ölkəyə xarici investisiyaların axınına müsbət təsir edəcək.
V.Qasımlı qeyd edib ki, Fərmana əsasən, Azərbaycan sahibkarlarının xarici biznes tərəfdaşları imzalanan sənədlərin, müqavilələrin elektron tərtibinə və imzalanmasına, eləcə də real vaxt rejimində elektron xidmətlərin keçirilməsinə imkan verən “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” bölməsinin artıq özünü doğrultmuş “www.azexport.az” internet portalında yaradılmasını nəzərdə tutur.
Bununla Azərbaycan Respublikasında istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçıların ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan bütün növ icazələrin elektron formada “bir pəncərə” prinsipi ilə əldə olunmasına platforma yarıdılır.
Fərman ilə ölkə sahibkarlarının ticarət əməliyyatlarının elektron üsulla aparılması üçün müxtəlif ölkələrlə elektron imzaların qarşılıqlı tanınması istiqamətində addımların atılmasını, o cümlədən ölkəmizin bu istiqamətdə dünya miqyasında qəbul olunmuş innovativ məhsullarından olan “ASAN imza”nın təşviqinin aparılmasını nəzərdə tutur.
Fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün müxtəlif bazarlar araşdırılır, potensial ixrac partnyorlarının sahə üzrə qanunvericilikləri təhlil olunur və sahibkarlara əməli dəstəyin və konsaltinq xidmətlərinin göstərilməsi istiqamətində işlər aparılır.
Bu istiqamətdə aparılan işlər zərurət yarandıqda qanunvericiliyin təkmilləşdirilməsini də nəzərdə tutur.
Beləliklə, Azərbaycanda istehsal olunan mal və xidmətlərin dünya bazarlarına çıxması üçün, bu proseslərin və prosedurların daha da asanlaşması və şəffaf həyata keçirilməsi ölkəyə investisiya axınının artırılması üçün növbəti təkan olub.
V.Qasımlı qeyd edib ki, bu Fərman bilavasitə “www.azexpot.az” saytında son aylar ərzində aparılan işlərin məntiqi nəticəsi və davamıdır. Fərmanın mahiyyəti ondan ibarətdir ki, biz işimizi iki istiqamət üzrə quracağıq. Birincisi Azərbaycandan ixracın elektron onlayn qaydada vahid pəncərəsi yaradılır. Bu o deməkdir ki, ixracla bağlı müqavilə olduqda Azərbaycan ixracatçıları məhz rəqəmsal ticarət qovşağına müraciət etməklə, bütün lazımi sənədləri, o cümlədən baytarlıq, fitosanitar, məişət və uyğunluq sertifikatları kimi sənədləri ticarət qovşağı vasitəsilə əldə edəcəklər. Bütün xidmətlər burada onlayn qaydada, daha az vaxt sərf etməklə təşkil ediləcək və elektron müqavilə forması Azərbaycan ixracatçıları ilə onların xarici partnyorları arasında tərtib ediləcək. Saytın iki aylıq fəaliyyəti onu göstərir ki, Azərbaycan məhsullarına çox böyük tələbat var. Hər həftə təxminən 10 milyon ABŞ dolları məbləğində müxtəlif məhsullara ixrac sifarişləri alırıq. Bu məhsul və xidmətlərin ixracı üçün dünya bazarlarında geniş imkanlar mövcuddur. Portalın fəaliyyət göstərdiyi müddətində ən çox sifarişlər Çin, Rusiya Ukrayna, Türkiyə, İran, bir sıra Avropa və ərəb ölkələrindən qəbul olunub.
İkinci istiqamət elektron imzaların tanınması ilə bağlıdır. Azərbaycan məhz rəqəmsal ticarət qovşağı üzərindən “e-imza”ların tanınması ilə bağlı fəaliyyətə başlayır. Biz müvafiq dövlət qurumları ilə birgə elektron imzaların tanınmasını daha asan və qısa yolunu təqdim edəcəyik. Azərbaycan sahibkarları ilə iş görmək istəyən xarici partnyorlar daha rahat şəkildə “e-imza” üzərindən öz fəaliyyətlərini quracaqlar. “E-imza”ların tanınması ölkəyə sərmayə axınını genişləndirəcək. Bütövlükdə bu, Azərbaycanda Strateji Yol Xəritələrinin həyata keçirilməsi istiqamətində irəliyə atılmış çox mühüm bir addımdır. Bu islahatlar Azərbaycanda digər region ölkələrə nisbətən daha sürətlə və keyfiyyətlə aparılır. Bu da bizə Azərbaycanı elektron platforma üzərindən ticarət qovşağına çevirməyə imkan verəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info