Müasir İncəsənət Muzeyində növbəti sərgi - “Adsız”
Tarix: 24.02.2017 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Martın 1-də Müasir İncəsənət Muzeyində Əməkdar Rəssam Məmməd Mustafayevin “Adsız” adlı fərdi rəsm sərgisi açılacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, martın 28-dək davam edəcək sərgidə rəssamın rəngkarlıq, qrafika və heykəltəraşlıq janrlarında olan sənət əsərləri təqdim olunacaq.
Qeyd edək ki, Məmməd Mustafayev 1948-ci ildə Bakıda anadan olub. Onun yaradıcılıq yolu 1958-ci ildə pionerlər sarayının nəzdində yerləşən rəssamlıq emalatxanasında başlayıb. İlk təhsilini Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində alan fırça ustası 1974-cü ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun Memarlıq fakültəsini bitirib.
O, 1968-ci ildən Bakı, Tiflis, Moskva, Sankt-Peterburq, Daşkənd, Alma-Ata, Kiyev, Minsk, Tallində keçirilən bir çox respublika və ümumittifaq sərgilərdə, eləcə də, Polşa, Varşava, Paris və Londonda təşkil olunan sərgilərdə iştirak edib.
Rəssamın əsərləri Müasir İncəsənət Muzeyində, Mədəniyyət və Turizm Nazirliyində, Rusiyada, eləcə də şəxsi kolleksiyalarda saxlanılır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Cəlil Məmmədquluzadənin “Poçt Qutusu” tacik dilində
16.09.2019
Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert
16.09.2019
Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib
16.09.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
14.09.2019
Qobustan Milli Tarix-Bədii Qoruğunda “Açıq qapı“ günləri olacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info