Dolamanı sağaltmaq üsulları
Tarix: 24.02.2017 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Dolama dırnağın ətrafındakı dərinin səthi infeksiyasıdır, onu əsasən stafilokoklar və ya göbələklər törədir. Dolama dırnağa bitişik dərinin üzərində qırmızı şişkin sahə kimi özünü göstərir, səthində irinli qabarıqlar olur. Göbələk infeksiyasından yaranan dolamanın bir növünə isə daha çox şəkərli diabet xəstələri və əllərini suda çox saxlayanlarda rast gəlinir. Həmin infeksiyalar gec əmələ gəlsə də, qalma müddəti uzun olur. Kəskin infeksiya dırnağın ətrafı və epidermisdən adlayıb alta keçərək ağrılı absesin yaranmasına səbəb olur. Dırnaq dibindəki dəri qabarır və ondan ayrılmır. Dırnaqda rəngin dəyişməsi müşahidə edilir, infeksiya barmağın içinə keçərək vətərə də yayıla bilər. Dəri boyu qırmızı cizgilər bakteriyanın qana düşməsindən xəbər verir və həmin hallarda həkimə müraciət etmək lazımdır.
Uzun illərdən bəri xalq təbabəti ilə məşğul olan Fikrət Musayev AZƏRTAC-ın müxbiri ilə söhbətində dolamadan xilas olmaq üçün ən sadə üsullar barədə məlumat verib: "Məsələn, quru soğan közdə bişirilərək yanan hissə götürülür, digər hissəsi isə döyülür, azca zeytun yağı və xeyli miqdarda paltar sabunu əlavə edilərək xəstə nahiyəyə sarınır. Yaxud 50 qram xına və ilıq su ilə məcun hazırlanır, hər gün həmin nahiyəyə sürtülür. 100 qram ispanağın 50 qram zeytun yağında zəif ocaqda bişirilərək lay şəklində xəstə nahiyəyə çəkilməsi də faydalıdır.
Digər üsul isə belədir: 30 qram duzsuz kərə yağı, 50 qram zeytun yağı və 50 qram bal mumundan zəif ocaqda məcun hazırlanır və barmağın dolama olan nahiyəsinə sarınır. Yaxud 1 stəkan isti suya 2 xörək qaşığı soda əlavə edilir, xəstə barmaq həmin məhlulda yarım saata qədər saxlanılır. Prosedur 2-3 gün ərzində gündə 3-4 dəfə təkrar edilir. Müalicədən sonra zədəli yerin ətrafına mütləq yod vurmaq lazımdır, həmin prosedurdan sonra dırnaq ağrısız qopub düşür."
F. Musayev dolamadan xilas olmaq üçün daha iki resept söyləyib: "Bir çimdik mis kuposu 50 ml ilıq suya əlavə edilərək müalicəvi məhlul alınır, xəstə barmaq məhlulun içərisinə salınaraq 15 dəqiqə saxlanılır. Bundan başqa 2 xörək qaşığı xörək duzu və 1 çay qaşığı su sodası 1 stəkan qaynadılmış isti suda həll edilir, xəstə barmağın suyun içərisinə salınaraq soyuyanadək saxlanıılması da dolamanın sağalmasına səbəb olur.”
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Tural Gəncəliyev: Xankəndində törədilən qırğına görə erməni terrorçularından haqq-hesab istəyəcəyik
18.09.2020
Poliklinikaların fəaliyyəti standart qrafik üzrə bərpa edilib - Nazirlik
18.09.2020
Tofiq Yaqublunun azadlığa buraxılmasına dair vəsatət verilib
18.09.2020
Xətai rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə 10,05 milyon manat ayrılıb
18.09.2020
Mehriban Əliyevadan Milli Musiqi Günü münasibətilə paylaşım

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 Azərbaycan-Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının ilk onlayn – müsabiqəsi
4 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
5 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info