Malayziya polisi: Kim Çen Nam kimyəvi silahla öldürülüb
Tarix: 24.02.2017 | Saat: 23:25:00 | E-mail | Çapa göndər




Malayziya polisi kimyəvi departamentdən Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın cəsədinin analizlərinin ilkin nəticələrini əldə edib. Polis departamentinin kimyəvi silahların analizi mərkəzi mərhumun gözünün selikli qişasından və üzündən götürülən nümunələrin analizini aparıb. Əldə olan məlumata əsasən, Kim Çen Nam sinir-iflicedici xüsusiyyətə malik kimyəvi silah sayılan zəhərləyici maddə (VX Nerve Agent) ilə qətlə yetirilib. BMT-nin təsnifatına görə VX maddəsi kütləvi qırğın silahı sayılır. Hazırda hüquq-mühafizə orqanları zəhərli maddənin Malayziyaya necə gətirildiyini araşdırır. Sonradan Kim Çen Namın qətlində şübhəli bilinərək saxlanılan şəxslərin birində bu maddə ilə zəhərlənmə simptomlarının müşahidə edildiyi məlum olub. Xatırladaq ki, başgicəllənməsi şikayəti ilə uçuş zalının əməkdaşlarına müraciət edən Kim Çen Nam kiminsə arxadan ona yaxınlaşaraq sifətinə maye çilədiyini bildirib. Hava limanının tibb məntəqəsinə gətirilən Nam burada güclü başağrısı hiss edib və xəstəxanaya aparılarkən yolda keçinib. Kim Çen Namın qətli ilə əlaqədar ən azı 8 şübhəli müəyyən olunub. Onlardan 4-ü, o cümlədən KXDR, Malayziya, Vyetnam və İndoneziya vətəndaşları artıq saxlanılıb. Ehtimallara görə, digər 4 Şimali Koreya vətəndaşı isə insidentin baş verdiyi gün Malayziyanı tərk edib. Polis, həmçinin cinayət işi ilə əlaqədar Şimali Koreya diplomatını və bu ölkənin aviakompaniyasının əməkdaşını dindirmək niyyətindədir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info