“Xudafərin/Qız qalası” layihəsi icra olunur
Tarix: 24.02.2017 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


İran İslam Respublikasında səfərdə olan Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti və Komissiyanın həmsədri, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Araz çayı üzərində reallaşdırılan “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihəsinin icrasının gedişi tanış olublar.
İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il 23 fevral tarixində İran İslam Respublikasına rəsmi səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanıb. Sazişdə Azərbaycan Respublikası və İran İslam Respublikasının suverenliyi və ərazi bötüvlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır. Sazişdə həmçinin, hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilənədək hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının İran İslam Respublikası tərəfindən təmin edilməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub.
Şahin Mustafayev vurğulayıb ki, işğal olunmuş ərazilərində Azərbaycan Respublikasının suveren hüquqlarını tanıyan bu mühüm Sənədin imzalanması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi, dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisi, İran İslam Respublikası ilə son illərdə sürətlə inkişaf edən, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan və regionda sülh yaratmağa yönələn münasibətlərinin təzahürüdür.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Dilqəm və Şahbaz Azərbaycana qaytarılır?
20.09.2019
Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar
20.09.2019
“Əsrin Müqaviləsi“nin 25 ili tamam olur
19.09.2019
Yelizaveta Truss və Kristofer Pinçerdən
19.09.2019
“Əsrin müqaviləsi” gənclərin düşüncəsində

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info