İran Azərbaycan peyklərinin xidmətlərindən istifadə edə bilər
Tarix: 24.02.2017 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Urmiyalı sahibkarlar Azərbaycanın imkanlarından yararlanmaqla xarici bazarlara çıxa bilər

Urmiya əyaləti ilə birgə üzüm bağının, kişmiş zavodunun yaradılması, kənd təsərrüfatı məhsullarının, o cümlədən günəbaxan yağının, balın birgə istehsalı təklif edilir
İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfəri zamanı Urmiyada Qərbi Azərbaycan valisi Qurbanəli Səadət Qarabağla görüşüb. İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin də iştirak etdiyi görüşdə Azərbaycan-İran iqtisadi əlaqələrinə, xüsusilə də İranın Qərbi Azərbaycan əyaləti ilə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib. Sonra Urmiyada Azərbaycan və İranın Qərbi Azərbaycan vilayətinin rəsmi şəxslərinin, kənd təsərrüfatı, sənaye, maliyyə, İKT, tikinti və s. sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı ilə biznes forumu keçirilib. Biznes forumda çıxış edən Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, son 3 ildə Azərbaycan-İran əlaqələri yeni mərhələyə yüksəlib. Hazırda ölkələrimiz sənaye, energetika, tranzit, səhiyyə, nəqliyyat və s. sahələrdə uğurla əməkdaşlıq edir, avtomobil istehsalı və əczaçılıq sahələrində birgə layihələr reallaşdırılır, ölkələrimizin tranzit potensialının reallaşdırılmasında mühüm əhəmiyyət kəsb edən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə işlər görülür. Azərbaycan-İran arasında ticarət əlaqələri genişlənir və 2016-cı ildə ticarət dövriyyəsi 70%-ə yaxın artıb. 2017-ci il üçün beynəlxalq yükdaşımalarında mübadilə edilən icazələrin sayının 10 minə çatdırılması barədə razılığa gəlinib və Azərbaycan bunun artırılmasında maraqlıdır. Səfər çərçivəsində İran tərəfi ilə birlikdə Araz çayı üzərində reallaşdırılan “Xudafərin və Qız Qalası” layihəsinin icrası ilə tanış olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında imzalanmış “Xudafərin və “Qız Qalası”, eləcə də “Ordubad” və “Marazad” sazişləri hər iki tərəfdən qüvvəyə minib. Bu sazişlərin önəminə toxunan nazir “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının birgə istifadəsinin hər iki ölkənin bir-birinin suverenliyi və ərazi bötüvlüyünə hörmətinin, beynəlxalq hüququn ümumi qəbuledilmiş prinsiplərinə sadiqliyinin təzahürü olduğunu vurğulayıb və 2017-ci ilin yanvarında Azərbaycan Prezidenti tərəfindən 36 MVt gücündə Ordubad SES-in təməlinin qoyulduğunu bildirib. Qeyd edilib ki, İranın Qərbi Azərbaycan vilayətinin Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə həmsərhəd olması Naxçıvan Muxtar Respublikası-İran-Türkiyə üçtərəfli əməkdaşlığının inkişafına geniş imkan yaradır. Nazir Şahin Mustafayev bildirib ki, Urmiyalı sahibkarlar Azərbaycanın imkanlarından yararlanmaqla xarici bazarlara çıxa bilər. Həmçinin, Urmiyadakı Maku Azad Ticarət Zonası ilə əməkdaşlıq yaradıla bilər. Neftçala və ya Masallı sənaye zonalarında texnika üçün servis xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq imkanları mövcuddur. Bundan başqa, Urmiya əyaləti ilə birgə üzüm bağının və kişmiş zavodunun yaradılması, kənd təsərrüfatı məhsullarının birgə istehsalı, o cümlədən alma, şəkər çuğunduru, qarğıdalı, pomidor əkini, xurma konsentratı fabrikinin yaradılması, günəbaxan yağının, balın birgə istehsalı, eləcə də şüşə istehsalı, qablaşdırma sahələrində əlaqələrin qurulması imkanları genişdir. İran tərəfi Azərbaycan peyklərinin xidmətlərindən istifadə edə bilər. İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezi İran-Azərbaycan əlaqələrinin strateji səviyyəyə çatdığını, ölkələrimizi dərin tarixi, dini və mədəni köklərin birləşdirdiyini qeyd edib. Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağ xalqlarımızı tarixi köklərin, eyni dinə mənsubluğun bağladığını, Azərbaycan və İran regionları arasında əlaqələrin genişləndiyini, iş adamları arasında əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanla turizm, kənd təsərrüfatı, sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial böyükdür və iş adamları bu imkandan yararlanmalıdır. Biznes forum çərçivəsində qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb, iş adamları arasında ikitərəfli görüşlər keçirilib. Azərbaycan nümayəndə heyəti İranın Qərbi Azərbaycan vilayəti şirkətlərinin istehsal etdiyi məhsulların nümayiş etdirildiyi sərgi ilə tanış olub.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info