Qəbul imtahanları pulsuz olacaq
Tarix: 24.02.2017 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Prezident ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ilk dəfə orta ixtisas təhsili müəssisələrinə və ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər üçün imtahanlarda iştiraka görə tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Dövlət İmtahan Mərkəzi imtahanlarda iştirak üçün ödənişi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməli olan abituriyentlərin siyahısını sənəd qəbulu başa çatdıqdan on beş gün müddətində hazırlayaraq Maliyyə Nazirliyinə təqdim edəcək.

***

18 rayonda modul tipli sutəmizləyici qurğu quraşdırılacaq
Prezident əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə 18 rayonun 64 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Prezidentin ehtiyat fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 16 milyon manat ayrılıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Nazirlər Kabineti büdcə məsələlərini müzakirə edib
23.09.2020
Ceyhun Bayramov: Ermənistan silahlı qüvvələri iyul ayında Azərbaycanın mühüm enerji və nəqliyyat infrastrukturunu hədəf alıb
23.09.2020
Ermənilər sosial şəbəkələrdə saxta profillərlə kəşfiyyat-təxribat fəaliyyəti aparırlar
23.09.2020
AZAL Ankara və Antalya şəhərlərinə xüsusi reyslər həyata keçirməyə başlayır
23.09.2020
Prezident İlham Əliyev: Balaxanı dünya mətbuatında özünə yer tapıb və bu, hələ başlanğıcdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
2 Ətli dovğa
3 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
4 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
5 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info