Fransa parlamentində ermənipərəst qüvvələrin Azərbaycana qarşı təxribatı iflasa uğradı
Tarix: 25.02.2017 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Hələ 2016-cı ildə Fransa parlamentinin qatı ermənipərəst mövqeyi ilə tanınan üzvü Fransua Roşbluanun Azərbaycan – Fransa siyasi-iqtisadi əlaqələrinə yenidən baxılması haqqında Xarici İşlər Komissiyası qarşısında qaldırdığı məsələ Komissiyanın müzakirəsinə çıxarılmış və qəbul olunmamışdı. Buna baxmayaraq, deputat Roşbluanın təkidi ilə Fransa parlamentinin Xarici İşlər Komissiyası nəzdində Fransa və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrə dair Məlumatlandırma Missiyası yaradılmış, Azərbaycanda demokratiya, söz azadlığı, vətəndaş cəmiyyətinin inkişafı haqqqında vəziyyətin öyrənilməsi və bu barədə hesabat məruzəsinin hazırlanıb Xarici işlər Komissiyasına təqdim edilməsi bu Missiyaya həvalə olunmuşdu. Bu günlərdə Missiyanın yekun məruzəsi Xarici İşlər Komissiyasına təqdim olunub və bu barədə redaksiyamıza məlumat verən millət vəkili Cavanşir Feyziyev bildirdi ki, Fransa parlamentindəki ermənipərəst qüvvələrin bu yolla Azərbaycana qarşı başlatdığı qarayaxma kampaniyası tam iflasa uğrayıb. Bir ilə yaxın keçən dövr ərzində F.Roşbluanın təşəbbüsü ilə Məlumatlandırma Missiyasının çoxsaylı iclasları keçirilib. Fransanın siyasi, diplomatic dairələrinin, eləcə də Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını tədqiq edən qeyri-hökümət təşkilatlarının nümayəndələri, Azərbaycan-Fransa iqtisadi əlaqələri sahəsində çalışan ekspertlər və Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətlərinin təmsilçiləri, Azərbaycanda müxtəlif dinləri təmsil edən icmaların nümayəndələri, iş adamları, səfirlər və diplomatlar Missiyanın toplantılarına dəvət olunmuş və missiya üzvləri tərəfindən sorğu-sual olunublar. Keçən müddət ərzində 35 belə dinləmə keçirilib və Missiyanın təşəbbüskarı olan Roşbluanın bu dinləmələrdən Azərbaycan əleyhinə təbliğat aparmaq cəhdləri uğursuzluqla nəticələnib. Belə ki, dəvət olunan mütəxəssislər ölkəmizin regiondakı mövqeyi və Azərbaycan dövləti tərəfindən aparılan hərtərəfli geniş islahatlar barəsində ətraflı məlumatlar verib, Azərbaycanın Fransa üçün geostrateji əhəmiyyətini vurğulayıb və Roşbluanın gözləntilərinin əksinə olaraq, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinin zəruri olduğunu vurğulayıblar.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info