“Məruzə Azərbaycana qarşı təzyiq gözləntisində olanların bütün ümidlərini puç etdi”
Tarix: 25.02.2017 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Bu günlərdə Fransa Parlamentinin üzvü, “Azərbaycanın dostları” Assossiasiyasının prezidentii Jan-Fransua Mansel başda olmaqla bir sıra fransalı deputat Məlumatlandırma Missiyasının yekun məruzəsi barədə birgə bəyanat yayıblar. Həmin bəyanatın tərcüməsini oxucularımızın diqqətinə çatdırırıq: “Yalnız bir məqsədlə - Azərbaycana qara yaxmaq məramı ilə fəaliyyətə başlamış Fransa və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələr barədə parlament nümayəndələrinin Məlumatlandırma Missiyası tam uğursuzluqla nəticələndi. Azərbaycana qarşı çox yersiz bir araşdırma komissiyası yaratmaq təşəbbüsü Xarici İşlər Komissiyası qarşısında uğursuzluğa düçar olduqdan sonra UDİ-nin (Demokrat və Müstəqillərin İttifaqı partiyası) bir deputatı mənsub olduğu parlament qrupunun adından təkid edərək, Fransa və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələr barədə parlament nümayəndələrinin Məlumatlandırma Missiyasının yaradılmasına nail olmuşdu ki, bunun da əsas məramı təqdim olunan qətnamənin motivlərindən də aydın göründüyü kimi, Fransa-Azərbaycan münasibətlərinə kölgə salmaqdan ibarət idi. 35 dinləmədən və bu dinləmələr zamanı uzun sürən müzakirələrdən sonra Missiyanın məruzəçisi nisbətən balanslı bir məruzə ortaya qoydu və bu məruzə Azərbaycana qarşı təzyiq gözləntisində olanların bütün ümidlərini puç edərək onları məyus etdi. Məruzədə birliklərə, təsisatlara və yaxud jurnalistlərə qarşı insan haqlarının pozulması ilə bağlı bəzi tənqidlər yer alsa da, təkzibolunmaz sübutlar ortaya qoyulmur və hiss olunur ki, bu kimi iradları irəli sürənlər bundan şəxsi mənafeləri üçün yararlanmaq məqsədi daşıyırlar. Burada 70 illik kommunizm dövrünün xatırlanması, beynəlxalq kontekst və regiondakı durum, həmçinin Azərbaycanın təhlükəsizliyinə böyük təhdid olaraq qalan onun ərazilərinin xarici hərbi qüvvə tərəfindən işğalı faktı fonunda bu tənqidlər əriyib gedir. Yeri gəlmişkən, təəssüflə qeyd etmək lazımdır ki, məruzə Dağlıq Qarabağ münaqişəsinə yüngülcə toxunaraq onun üstündən keçir, baxmayaraq ki, bu münaqişə bir milyondan çox insanı yurd-yuvasından didərgin salmış və 25 ildir ki, Azərbaycan fundamental hüquqları pozulmuş bir milyondan çox qaçqın və məcburi köçkünlərin problemləri ilə üz-üzə qalmışdır. Məruzədə böyük demokratik uğurlar kimi 1918-ci ildə qadınlara səsvermə hüququnun verilməsi, 1998-ci ildə ölüm hökmünün ləğv edilməsi, mənşəyindən, irqindən, dinindən asılı olmayaraq qanun qarşısında bütün vətəndaşların bərabərliyini təmin edən və bununla da şiələrəin, sünnülərin, xristianların və yəhudilərin bir arada sülh içində yaşamasını təmin edən dünyəvilik qeyd olunur. Məruzədə həmçinin bu Qafqaz bölgəsində Azərbaycanın geosiyasi önəmi və burada Fransanın mövcudluğunun gücləndirilməsi zərurəti qeyd olunur. Nəhayət, məruzədə belə nəticəyə gəlinir ki, Azərbaycan hökuməti ilə siyasi dialoqun şərtlərinin qlobal şəkildə təftiş olunmasına ehtiyac yoxdur. Bütün bunlar bizim çoxdan bildiyimiz həqiqətlərdir. Şübhəsiz ki, Missiyanın öz üzvlərinin bu məsələyə zəif maraq göstərməsi də məhz bununla izah olunur. Biz gələcəkdə də belə qərəzli təşəbbüslərə ehtiyatlı yanaşmağın zəruri olduğu fikrində qalırıq. Xarici İşlər Komissiyası tam haqlı olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Minsk qrupunun həmsədri qismində Fransanın da Azərbaycan və Ermənistan arasında ədalətli və davamlı sülh əldə olunması istiqamətində mühüm rol oynadığını qeyd edir. Biz bu yanaşmanı təqdir edir və dəstəkləyirik. Bir məsələ isə aydındır ki, bu məruzədən Azərbaycana qarşı parlament silahı kimi istifadə etmək istəyənlərin niyyəti baş tutmadı. Beləliklə də qarayaxma niyyəti tam iflasa uğradı!”.
Jan Fransua Mansel - Məlumatlandırma Missiyasının Vitse - Prezidenti
Deputatlar - Jan Pyer Dor , İv Fulon, Jan Klod Gibal, Sovör Qandolfi-Şeit, Fransua Selye




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info