Rusiya Kuril adalarına hərbi diviziya yerləşdirəcək
Tarix: 25.02.2017 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Rusiyanın Kuril adalarına diviziya yerləşdirmə ilə bağlı qərarına rəsmi Tokio diplomatik etirazla reaksiya göstərib. Qeyd edək ki, bir müddət bundan əvvəl tərəflər ərazinin birgə idarə edilməsi barədə razılığa gəlsə də, bu status Yaponiyada mübahisəyə səbəb olmuşdu.
Qarşıda Yaponiya baş naziri Sindzo Abnin Rusiyaya rəsmi səfəri gözlənilir. Belə görünür ki, Rusiyanın Kuril adalarına diviziya yerləşdirmə qərarı Yaponiya ilə danışıqlara da təsirsiz ötüşməyəcək. Tokio diplomatik kanallarla artıq Moskvaya etiraz bildirib. Yaponiya hökumətinin baş katibi Esixide Suqa da Rusiyanın niyyətinin yapon xalqının maraqları üçün ziddiyyət təşkil etdiyi barədə məlumat verib: “Rusiya Silahlı Qüvvələrinin həmin ərazilərdə hərbi iştirakını genişləndirməsi bizdə böyük təəssüf doğurur”. Bununla yanaşı, Suqa adalarla bağlı Tokionun hər iki tərəf üçün məqbul olan yolun tapılması üçün danışıqları davam etdirməsinin vacibliyindən çıxış etdiyini bildirib. Bu yaxınlarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu Dövlət Dumasında çıxışı zamanı Kuril adalarında hərbi diviziyaların yerləşdirilməsi planı barədə bəyanat verib. Həmin adalardan dördünə Yaponiya iddia edir və onların Tokioya qaytarılmasını istəyir. Rusiya 2016-cı ildə Kuril adalarına daxil olan Kunaşire və İturupe adalarında «Bal» və «Bastion» sahil müdafiə raket sistemləri yerləşdirib. Rusiya Federasiya Şurasının komitə sədri Viktor Ozerov isə Rusiyanın bu addımını ölkəsinin Yaponiya ilə hərbi əməkdaşlığa hazır olmasının təsdiqi kimi dəyərləndirib: “Bizim Kuril adalarına raket yerləşdirməyimiz, onlardan Yaponiyaya qarşı istifadə etmək niyyətindən uzaqdır”. Dövlət Dumasının üzvü Dmitriy Novikov isə bildirib ki, Rusiyanın müdafiəsini təmin etmək üçün Kuril adalarından yararlanmaq heç bir problem təşkil etmir: “Bu ərazilər Rusiya torpağıdır və Rusiya bu əraziləri qorumaq üçün bütün addımlar atmaq hüququna malikdir. Kuril adaları ilə bağlı məsələ Rusiya ilə Yaponiya arasında iqtisadi və mədəni əlaqələrin inkişafına maneə olmamalıdır”. Yaponiyanın müdafiə naziri xanım Tomomi İnada dünən bəyan edib ki, o, rusiyalı həmkarı ilə martda baş tutacaq görüşü zamanı Kuril adalarına hərbi diviziyaların yerləşdirilməsi planı ilə bağlı birbaşa müzakirələr aparacaq. T.İnadanın sözlərini sitat gətirən “Kyodo” agentliyi yazır: “İmkan daxilində bir çox məsələləri müzakirə etmək üçün mən cənab Şoyqu ilə açıq söhbət aparacağam”. Martın 20-də Tokioda Yaponiya və Rusiyanın müdafiə və xarici işlər nazirlərinin “2+2” formatında danışıqlarının keçiriləcəyi gözlənilir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info