Hollandiyadakı diaspor üzvləri ilə görüş olub
Tarix: 27.02.2017 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Bildiyiniz kimi, artıq bir həftəyə yaxındır ki, azərbaycanlı nümayəndə heyəti Belçika-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar olaraq Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərindədir. Bu müddət ərzində çoxlu sayda tədbirlər həyata keçirilib. Tədbirlərdə iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibi Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayilov, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və ATXƏM-in icra katibi İlqar İlkindən ibarətdir. Fevralın 25-də isə nümayəndə heyəti Niderland Kralliğinin ikinci böyük şəhəri olan Haaqada fəaliyyət göstərən diaspora təşkilatları ilə görüşüb. İlk öncə onlar Azərbaycan-Türk Kültür Dərnəyinin ofisində toplanıblar. Ziyarətin əsas səbəbi dərnəyin başqanı İlhan Aşkına dəstək vermək olub. Bildiyiniz kimi, 2 il öncə Hollandiyanın Almelo şəhərində ermənilər tərəfindən qondarma genosid xatirə-abidəsinin açılışına etiraz olaraq hazırladığı mitinqdə İlhan Aşkının “Qarabağ ermənilərə məzar olacaq!” şüarını səsləndirməsi erməniləri möhkəm qəzəbləndirib və iş məhkəməyə qədər gedib çıxıb. Hal-hazırda İlhan Aşkının məhkəmə prosesi davam edir. “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçinin və eləcə də Hollandiyada fəaliyyət göstərən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın, “Odlar Yurdu” təşkilatının sədri Firəngiz Bağırovanın və digər aktivlərin də qatıldığı görüşdə bütün iştirakçılar İlhan Aşkına dəstək olduqlarını, onu bu mübarizədə yalnız qoymayacaqlarını, əllərindən gələn yardımı edəcəklərini bildiriblər. Sonra nümayəndə heyəti “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin ofisinə gedib və birliyin nəzdində fəaliyyət göstərən N.Gəncəvi adına həftəsonu “Azərbaycan məktəbi”nin işi ilə tanış olublar. Məktəbin şagirdlərinin Azərbaycan haqqında bilikləri, ifa etdikləri Azərbaycan Respublikasının himni, Xocalı və Azərbaycan haqqında söylədikləri şeirlər nümayəndə heyətində xoş təəssüratlar yaradıb. Birliyin sədri M.Ağamirzəyeva təşkilatın yaranma tarixi, birliyin aktivləri, bu illər ərzindəki fəaliyyətləri, eləcə də Xocalı faciəsinin 25 illliyi ilə əlaqədar hazırladıqları tədbir haqqında geniş məlumat verib. Hollandiyada fəaliyyət göstərən təşkilatların işləri ilə tanış olan millət vəkili Ə. Amaşov görüşdə bildirib ki, qərib ölkələrdə fəaliyyət göstərən hər bir təşkilat və ya fərdi şəxsin gördüyü işləri Azərbaycan dövləti və xalqı böyük qiymətləndirir. PA-nın sektor mudiri Q.Əliyev də diaspora fəaliyyətinin vacibliyini vurğulayaraq bildirib ki, Azərbaycan Diasporası yaşının gənc olmasına baxmayaraq, artıq böyük təcrübə qazanıb və dünyanın bütün ölkələrindən səsini duyurur. O, eləcə də qeyd edib ki, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün xaricdə yaşayan azərbaycanlıların üzərinə böyük məsuliyyət düşür. Bu mübarizədə təkcə siyasi vasitələrdən istifadə etmək kifayət deyil, mədəniyyətimizin, mətbəximizin, adət-ənənələrimizin də təbliginə geniş yer verilməlidir. ATXƏM-in sədri İ.İsmayilov isə diasporaçılıq fəaliyyətində ən çox yeni nəslin milli ruhda yetişdirilməsinin önəmini vurğulayaraq “Ana Vətən”in Azərbaycan məktəbini yaratmasını təqdirəlayiq layihə hesab etdiyini bildirib. Onun fikrincə, yad bir dildə təhsil alan, danışan azərbaycanlı uşağının mənəvi və milli ruhunun formalaşmasında bu formaların təsir gücü inanılmazdır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info