İsmayıllıda müasir çörək zavodu istifadəyə veriləcək
Tarix: 12.04.2013 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Aprelin 12-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini İsmayıllı rayonunun Diyallı kəndində keçirib. Tədbirdə 150 sahibkar iştirak edib.
Tədbirdən əvvəl İsmayıllıda Sahibkarlığa Kömək Milli Fondundan alınmış güzəştli kreditlər hesabına maliyyələşdirilmiş “İsmayıllı Quşçuluq” ASC-nin damazlıq yumurta istehsalı müəssisəsinə və sahibkar Ədalət Məmmədova məxsus üzümçülük təsərrüfatına baxış keçirilib. “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və fond tərəfindən prioritet hesab olunan müasir soyuducu anbar, heyvandarlıq kompleksi və quşçuluq təsərrüfatının, bağçılıq, o cümlədən üzümçülük və arıçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulamış, regionların sosial-iqtisadi mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramlarının xüsusi rolunu qeyd edib. Bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ölkənin digər bölgələrində olduğu kimi, İsmayıllı rayonunda da quruculuq-abadlıq işləri geniş vüsət almış, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri, yeni iş yerləri açılmışdır. Dövlət Proqramının icrası hazırda da uğurla davam etdirilir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov əlverişli biznes və investisiya mühitinin yaradılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, İsmayıllı rayonunda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat veriblər.

İLKIN





 
Bölməyə aid digər xəbərlər
19.09.2018
AHİK sədri: “Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir”
19.09.2018
“Buta Airways”in yeni təyyarəsi Günnüt kəndinin şərəfinə adlandırılıb
19.09.2018
Rəqəmsal Ticarət Qovşağının konfransında qeyri-rezidentlərə elektron imza veriləcək
19.09.2018
“Azeri Light”ın bir barreli 80,66 dollara satılır
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info